Xəbər kodu: 34690
Zaman :    ۱۳۹۷/۶/۳۰ - ۲۰:۴۵

Aşura hadisəsi necə yaşamağın praktiki məntiqidir
Şəbistan Xəbər Agentliyi: Tehranın müvəqqəti imam cüməsi Aşura hadisəsinin necə yaşamağın praktiki məntiqi olduğunu deyərək, əlavə edib: İmam Hüseyn(ə) İran, İraq, Suriya, Yəmən və Bəhreyn xalqlarının nümunəsidir və mərdliyi, qeyrəti dünya azadələrinə öyrədib.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Höccətülislam vəlmüslimin Məhəmməd Həsən Əbuturabifərd bu gün Tehranın cümə namazı xütbələrində Aşura məntiqinin Müqəddəs Müdafiənin praktiki məntiqində təcrübə edildiyini deyərək, əlavə edib: Müqəddəs Müdafiə Livan xalqına və İraqın güclü cəbhəsinə hegemonçuluq və zorakılıq quruluşu qarşısında dayana bilməsi üçün müqavimət dərsini öyrətdi.

 

Əbuturabifərd Tramp, Netanyahu və Bin Salmanın İran xalqı ilə qarşıdurmadakı rəftarlarının fəlsəfəsinə işarə edərək, deyib: İran xalqının ötən 40 ildəki müqaviməti ABŞ-ın və dünya ictimaiyyətinin gözləri önündədir. İran xalqı İmam Hüseynin(ə) yolunda möhkəm olduğunu sübut edib.

 

Tehranın müvəqqəti imam cüməsi İsrail rejiminin baş na zirinin regiondakı müqavimət mehvərindən nigaranlığı barədə deyib: İsrail rejimi məhvinin yaxınlaşdığını hiss edib.

 

Şiələrin üçüncü imamı həzrət İmam Hüseyn(ə) hicrətin 61-ci ilində məhərrəm ayının 10-unda Kərbəlada şəhid edilib.

 

Mənbə:Səhər telekanalının rəsmi saytı.

 

Həmçinin:

 

http://shabestan.ir/detail/News/728739