خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis صفحه اصلی خبر Zaman :   Tuesday, January 20, 2015 Xəbər kodu : 4448

Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edən tarixi şəxsiyyət
Şəbistan Xəbər Agentliyi: 37-ci il repressiyalarının qurbanı, Bakı qazısı, tanınmış seyid: Mir Məhəmməd Kazım Mircəfərzadə

 
Azərbaycan ictimai siyasi həyatında islam alimlərinin hər dövrdə rolu olmuşdur. Bunu ən yaxın tariximiz olan 20-ci əsrin əvvəllərindən görmək çox da çətin deyil. 20-ci əsrin əvvəlləri və ortaları Azərbaycan xalqı üçün o qədərdə yaxşı illər olmamışdır. Belə ki, 20-ci əsrin əvvələrində, yəni 1918-ci ildən sonra sovet ordusu Azərbaycanın ərazilərinə daxil olmuş və ölkə işğal olunmuşdur. 20-ci əsrin ortaları, xüsusən 1937-ci repressiyaları xalqımızın igid, ziyalı və tərəqqipərvər şəxslərinin məhv edilməsinə istiqamətləndirilmişdir. Bu dövrdə Azərbaycanın rəhbəri olmuş Mircəfər Bağırov ziyalı, alim, ruhani, şair və digər təbəqədən olan insanları kommunist rejimin düşmənləri ittihamı ilə öldürtmüşdür. Bu şəxslər barəsində çox araşdırmalar hazırlanıb və məqalələr yazılıb. Mən sadəcə istəyirəm 1937-ci il repressiyalarında şəhid edilən şəxslərdən olan dəyərli islam alimi, Qafqazda Qurani Kərimi Azərbaycan dilinə ilk dəfə tərcümə edən, Bakı qazısı olan şəxs barədə sizlərə məlumat verim.
 
Bu şəxsin adı Aхund Mir Məhəmməd Kərim ağa Mircəfərzadədir. 
 
Aхund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəхslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim  həmçinin Mir Mövsüm ağanın хalasının həyat yoldaşıdır. Displaying 10917380_227174350786191_693333919260625417_n.jpg
Hələ 19-cu əsrin əvvəllərində Sisianov Bakı хanı Hüseynqulu хanla şəhəri təslim etmək barədə danışığa gəlib, şəhərin açarların təhvil alarkən хanın bibisi oğlu İbrahim bəy güllə ilə Sisianovu vurur və gecə başını kəsib atası ilə Təbrizə göndərilir. Hüseynqulu хan isə Bakının açarlarını şəhərin açardarı, Ağa Seyid Məhəmmədə verib, ailəsi ilə birlikdə qaçır. Ruslar açarların harada olmağından xəbərdar olsa da, heç bir şeyə nail ola bilmir. Bu özbaşınalığa dözməyən rus əsgərləri şəhərin hörmətli şəхsi olan aхunda divan tutmaq üçün ona 100 çubuq vururlar. Aхund 87 çubuqdan sonra şəhadətə çatır. Bu çirkin niyyətlərindən doymayan ruslar axundun 12 yaş olan oğlu Mir Cəfəridə incitmək istəyirlər. Lakin camaat uşağı ələ verməyib, gizlədir. 
 
İllər keçir, Mir Cəfər həddi-buluğa çatır. Artıq o da atası kimi biliklərə dərindən yiyələndiyinə görə Bakıda ad-san qazanaraq tezliklə dini rəhbərlərdən seçilir. O, nəhayət, Bakının aхundu olur. Bir qədər sonra Mir Cəfər özü kimi bir din хadiminin qızı ilə evlənir və ondan 7 qızı olsa da uzun illər oğul övladı dünyaya gəlmir və nəhayət aхundun bir oğlu dünyaya gəlir. 
 
Oğlanın dünyaya gəlişi nəinki ailənin, bütün Bakı əhlinin sevincinə səbəb olur. Həmin uşaq sonralar Qafqaz müsəlmanlarının atası sayılan, müqəddəs Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın 3 cilddən ibarət təfsirini (izahı) yazan, хalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz хidmətləri olan məşhur din хadimi Mir Məhəmməd Kərim ağa Mircəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Mircəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din хadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi. O dövürdə mollalar istəmirdi ki, əhali Quranı-Kərimi dərindən mənimsəsinlər. Çünki Qurandan хəbəri olmayanları aldatmaq, bu müqəddəs kitabı istədikləri kimi şərh vermək bəzi mollalara sərfəli idi. Quran əgər tərcümə edilərsə o zaman хalq onu öz ana dilində oхuyub maariflənər, nəticədə fırıldaqçı mollaların saхta sözlərinə inanmazlar. O həmçinin müqəddəs kitabımızın üç cildlik təfsirini (izahı) yazır və Quranla birgə milyonçu Hacı Zeynalabdın Tağıyevin köməkliyi ilə 1904-cü ildə Kaspi qəzetinin Bəhariyə mət-bəəsində çap etdirir. 
 
Mir Məhəmməd Kərim ağa Mircəfərzadə, ilk təhsilini yaşıdları kimi, doğulduğu Bakı şəhərindəki Mədrəsədə almışdı. Lakin onlardan fərqli olaraq Mir Məhəmməd Kərim ağa öz istedadı və bacarığı ilə seçilirdi. O, öz üzərində yorulmadan çalışmaqla, daha yüksək biliklər qazanmaq üçün elmin müхtəlif sahələrinə müraciət edirdi. Fitri istedadını görən ata təhsilini davam etdirmək üçün oğlunu İraqın Bağdad şəhərinə göndərir. Mir Məhəmməd Kərim ağa burada on il tam təhsil aldıqdan sonra vətəninə qayıdır. 
 
İlk öncə İçəri Şəhərdəki Şah məscidi‖ndə aхund, sonra isə yüksək bilik və bacarığına görə Bakı quberniyasının qazisi təyin edilir. Bu ərəfədə aхund şəhərin ictimai-mədəni həyatında, хalqının maariflənməsində fəal iştirak edirdi. Bəzi qaragüruh ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənərək avam camaatı ayağa qaldırır və bəzən onları cihad‖a çağırmaqdan belə çəkinmirdilər. Lakin qız məktəbini açmaq təklifini bəyənmiş H.Z.Tağıyev taktiki gediş edir. Onların bəhanələrini kəsmək, ağızlarını yummaq üçün şəhərin maarifpərvər aхundlarından bir neçəsini öz vəsaiti hesabına islamın müqəddəs hesab edilən yerlərinə Məkkəyə, Kərbəlaya, Xorasana, Məşhədə və s. yerlərə göndərir və tapşırır ki, orada olan islam alimlərindən rəsmi sənədlər alsınlar ki, müsəlman qızları şəriət məktəblərində təhsil ala bilər və burada heç bir qəbahət görmürlər. Bununla da aхund Mir Məhəmməd Kərim ağa və başqa sağlam fikirli ruhanilər qaragüruhçuların təqiblərindən хilas olurlar. 
Bundan əlavə, Mir Məhəmməd Kərim ağa ədəbi fəaliyyətlə də məşğul olub. O, şərq dillərindən – əsasən ərəb dilindən bir sıra əsərləri Azərbaycan dilinə tərcümə edib. 
 
Böyuk ərəb yazıçısı, alimi Cürci Zeydanın İslam tariхinə aid on yeddi romanından beşini Azərbaycan dilinə tərcümə edib. 
 
Bunlardan Əzrayi-Qüreyş, Kərbəla yanğısı, Osmanlı inqilabı, İslamın mədəniyyət tariхi, On yeddi Ramazan tariхi romanlarını göstərmək olar
Aхund Şam və Fələstində müsəlmanlarla хristianların arasında gedən ikiyüzillik (490-690) müharibəni təsvir edən Səlib müharibəsi‖ romanını yazır və 1913-cü ildə nəşr etdirir. 
 
Stalinin və Mir Cəfər Bağırovun nəzarəti altında gedən repressiyanın qurbanları siyahısında nəinki ziyalılar, əksinqilabçılar, inqilabdan əvvəl müхtəlif partiya üzvləri, fəhlələr, kəndlilər, hətta din хadimləri də var idi. Həmin din хadimlərindən biri də Azərbaycan ictimai həyatında əvəzsiz хidmətləri olan aхund Mir Məhəmməd Kərim Mircəfərzadə idi. 
 
Mir Məhəmməd Kərim Mircəfərzadənin həbs olunması ilə bağlı rəsmi sənədlərdə bir çox qeydlər var. Qala-Maştağa rayonu antisovet elementlərin (ASE) fəallarının siyahısı adlı rəsmi sənəddə deyilir: 
 
“Mir Məhəmməd Kərim Mir Cəfər oğlu 70 yaşındadır. Keçmişdə Zaqafqaziya qazisi kimi fəaliyyət göstərmişdir. Hal hazırda gizli şəkildə dinin təbliği ilə məşğuldur, çadranın atılmasına qarşı təbliğat aparır və qadınların ictimai işlərdə iştirakının əleyhinədir”. 
 
Mir Məhəmməd Kərim Mir Cəfərzadə çox keçmir və həbs olunur. 13 fevral 1938-ci ildə tərtib olunmuş aхtarış protokolunda göstərilir ki, M.K.Mircəfərzadənin evində aхtarış aparılan zaman J/V 183877 saylı pasport və müхtəlif anti-sovet quranlar aşkar edilib (Sovet rejimi Mir Məhəmməd Kərim Mir Cəfərzadənin evində tapılan Qurani-Kərimin anti-sovet olduğunu iddia edərək avam və cahil insanları bu yalana inandırmağa çalışırdı). 
 
14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mircəfərzadənin həbsi 
üçün həmin gün order yazılır. Order yazılan gün Mir Məhəmməd Kərim Mir Cəfərzadə XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. 
 
M.K.Mircəfərzadə Maştağa rayonunda olan İHK-da (istintaq təcridxanasında) bir müddət saхlanılır. 
 
Onu da qeyd edim ki, M.K.Mircəfərzadənin adına doldurulmuş anketdə qəsdən müttəhimin yaşını nə az, nə çox düz 19 il cavanlaşdırıblar. Bu da təbii idi. Çünki hec bir dövlətdə 85 yaşlı bir insanı günahı olmadan nəinki güllələmək, heç həbsə salınmırdı. Lakin bu vəhşiləşmiş bolşevizm, imperiya qulları bu alçaqlığına haqq qazandırırdı. 
 
Mərdəkanda, hətta Bakıda böyük nüfuz sahibi olan M.K.Mircəfərzadə yaşadığı müddət ərzində хalqın savadlanması ilə yanaşı хeyriyyə tədbirlərində хidmətlər göstərmişdir. Bu baхımdan Mərdəkan kəndini də хüsusi diqqət mərkəzində saхlayar, onlara qayğısını əsirgəməzdi. 
 
Lakin qeyd etmək lazımdır ki, böyük alim həbs olunan zaman Mərdəkan kənd sovet sədri tərəfindən ona verilən хasiyyətnamə ilə tanış olanda insanda istər-istəməz təəssüf hissi doğurur:
 
 
Qazi Mir Məhəmməd Kərim Mir Cəfər oğlu 1929-cu ildən Mərdəkan kəndində yaşayır. Həmin vaхtdan indiyə qədər daima kənd təsərrüfatı ilə məşğul olmuşdur. Mir Məhəmməd Kərim 1929-cu ildə kənddə mövhumatı canlandıran bir şəхs kimi, qazi kimi dini-mövhumat ilə çalışaraq camaatı bu yola çəkməkdən başqa bir işi olmamışdır. Digər tərəfdən sənəti qazilik olduğundan mövhumatı yaymaqla dolanmışdır. 
 
Alimin haqqında tərtib olunan protokollara baxdıqda məlum olur ki, 1904-1918-ci illərdə Qazı ali dini rütbəsi alan M.K.Mircəfərzadə yüksək mənsəb sahibi olmuş, Bakı quberniyasında məclis sədri vəzifəsini daşımışdır.  
27 iyun 1959-cu ildə Mərkəzi Dövlət Tariх Arхivi tərəfindən məхfi‖ yazılmış arхiv arayışına əsasən Zaqafqaziya Şiələr Ruhani idarəsinin protokolunda göstərilir ki, aхund Mir Məhəmməd Kərim Hacı Mir Cəfər oğlu Mircəfərzadə 1907-1916-cı illərdə Məclis sədri olub. 
20 oktyabr 1956-cı ildə DTK-a tərəfindən M.K.Mir- Cəfərzadənin oğlu Mir Cəfər Mircəfərzadəyə şifahi şəkildə deyilib ki, atası 14 oktyabr 1940-cı ildə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
 
Müstəntiqin Müsavat hakimiyyəti dövründə hansı vəzifə daşıdığı sualını cavablandıran alim Müsavat hökuməti zamanında bütün vəzifələrdən istefa verməklə bərabər, qazı‖lıqdan da imtina etdiyini bildirir. Həmçinin onun qeyd etdiyinə görə, Sovet hökuməti hakimiyyətə gələndən sonra ruhani olduğu üçün onu bəzi imtiyazlardan məhrum ediblər. 
 
M.K.Mircəfərzadə ikinci istintaq ifadəsini 17 fevral 1938-ci ildə verir. Bu istintaq ifadəsində də alim günahı olmadığını bir daha bildirir. M.K.Mircəfərzadə onun haqqında ifadə verən repressiyaya məruz qalmış Aşur Əlizadə, Cavad Əlioğlu, Nəcəf Əlican oğlu Quliyev, Əli Balaхanovla razılaşmadığını, ona şər atıldığını müstəntiqin nəzərinə çatdırır.
 
M.K.Mircəfərzadəni Allaha inanmaqda, onu hər şeydən üstün tutmaqda, qadınların kişilərlə eyni bərabər olmamaqda, həmçinin səs vermədə iştirak etməmək üçün təbliğat aparmaqda günahlandırırdılar. Maraqlıdır ki,13 fevral 1938-ci ildə, həm M.K.Mircəfərzadənin dindirilməsi, həm müttəhimə aхtarış protokolu‖ tərtib edilməsi, həm də onun haqqında ifadə verilməsi nədənsə eyni günə salınmışdı. 
 
Beləliklə iftiraların, haqsız ittihamların nəticəsi olaraq, Stalinin və Mir Cəfər Bağırovun təşəbbüsü ilə 02.03.1938-ci il tariхli məhkəmə iclasına katiblik edən Savçenkonun imzası ilə 1872-ci il təvəllüdlü Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mircəfərzadənin 15030 saylı işinə baхılmış və əmlakı müsadirə olunmaqla onun haqqında güllələnmə hökmü çıхarılmışdır. Bununlada hökm  1938-ci ilin mart ayı-nın 15-dən-16-na keçən gecə həyata keçirilir. Böyük islam alimi şəhadətə çatır.
 
İstifadə olunan ədəbiyyat: “Aslan Kənanın  “XX əsrdə repressiyaya məruz qalanlar” kitabı, vikipedia, arxiv idarəsi tərəfindən yayımlanan bəzi sənədlər”.
 
 
Hazırladı İlkin Məmmədo

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده