خبرگزاری شبستان

سه شنبه ۲۷ اردیبهشت ۱۴۰۱

الثلاثاء ١٦ شوّال ١٤٤٣

Tuesday, May 17, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis صفحه اصلی خبر Zaman :   Sunday, January 11, 2015 Xəbər kodu : 4318

Bəsrədə sünni və şiələr müştərək cümə namazı qıldılar
İraqın Bəsrə şəhərinin sünni və şiə müsəlmanları düşmənlərinin parçalayıcı hiylələrinin qarşını almaq üçün cümə günü Bəsrənin Came məscidində müştərək cümə namazı qıldılar. 

Şəbistan Xəbər Agentliyinin "iqna" xəbər portalına istinadən verdiyi xəbərə görə İraqın Bəsrə şəhərinin sünni və şiə müsəlmanları İslam ümmətinin düşmənlərinin parçalayıcı və fitnəsalan hiylələrinin qarşını almaq üçün keçən cümə günü, 9 yanvar 2015, Vəhdətin həftəsinin son günü və İslam Peyğəmbərinin (s) şiə təqvimi ilə doğum günündə Bəsrənin "Şəhid Yusif Əl-Hisan" adına Came məscidində şiə və sünnilərin izdihamlı və sıx iştirakı ilə müştərək cümə namazı qıldılar.

Bəsrə şəhərinin müştərək Cümə namazında iştirak edən dini və siyasi nüfuzlu şəxsiyyətlər İraqda kobud və zorakı addımları kəskin şəkildə məhkum edərək xalqdan istədilər ki, terrorist ünsürlərin məhv edilməsi və dini azlıqların hüquqlarının qorunması üçün ciddi şəkildə bir-birləriə həmkarlıq və yoldaşlıq etsinlər.

Möhsin Hamid – Bəsrənin siyasi şurasının rəisi, bu barədə dedi: Bəsrə camaatı kobudluq, zorakılıq, ekstirimizim və radikalizimin əleyhinədirlər. Və bu müştərək Cümə namazı insanlar arasında vəhdət, birlik və bağlılıq tellərinin möhkəmlənməsi hədəfi daşıyır.  

Şeyx Məhəmməd Əl-Cəburi – İraqın cənub regionunda Əhl-Sünnə Vəqflər idarəsinin rəisi, bu müştərək cümə namazının hədəfi barədə deyib ki, bu cümə namazı Bəsrə xalqının terroristlər və ifratçılar qarşısında birlik və vəhdət mesajıdır.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده