خبرگزاری شبستان

سه شنبه ۳۱ مرداد ۱۳۹۶

الثلاثاء ٣٠ ذو القعدة ١٤٣٨

Tuesday, August 22, 2017

Servis صفحه اصلی خبر Zaman :   Sunday, October 05, 2014 Xəbər kodu : 3771

Dəyərli İslam alimi yoxsa Allahı cahil sayan cahil?
.Şəbistan Xəbər Agentliyi: Başqa sahələrdə olduğu kimi, din aləmində də tarix boyunca xeyli təfriqəçi, sapqın, dini istilahla desək, “zall və müzill” (azğın və azdırıcı) şəxslər olmuşlar. Bunların bəziləri öz xəstə məntiqindən, xəbis niyyətindən və şəxsi xudpəsəndliyindən qaynaqlanan fikirləri inkişaf etdirərək, yeni din və təriqətlər yaratmışlar. Məsələn, Bab, Bəhaullah, Mühəmməd ibn Əbdülvəhhab kimi. Bəziləri isə daha hiyləgərliklə davranır, rəsmi olaraq yeni bir cərəyan yaratmır, “əsil müsəlman” pərdəsinə bürünərək ənənəvi dindarlığın təməllərini sarsıtmaqla məşğul olurlar. Və belə şəxslər bu gün də vardır. Çox təəssüf edicidir ki, bəzən dindarlarımız da bu təfriqəçi, sapqın, provokator şəxslərə rəğbət bəsləyir, hətta onları dəyərli alim, tədqiqatçı, ustad ifadələri ilə təqdim edirlər.

Başqa sahələrdə olduğu kimi, din aləmində də tarix boyunca xeyli təfriqəçi, sapqın, dini istilahla desək, “zall və müzill” (azğın və azdırıcı) şəxslər olmuşlar. Bunların bəziləri öz xəstə məntiqindən, xəbis niyyətindən və şəxsi xudpəsəndliyindən qaynaqlanan fikirləri inkişaf etdirərək, yeni din və təriqətlər yaratmışlar. Məsələn, Bab, Bəhaullah, Mühəmməd ibn Əbdülvəhhab kimi. Bəziləri isə daha hiyləgərliklə davranır, rəsmi olaraq yeni bir cərəyan yaratmır, “əsil müsəlman” pərdəsinə bürünərək ənənəvi dindarlığın təməllərini sarsıtmaqla məşğul olurlar. Və belə şəxslər bu gün də vardır. Çox təəssüf edicidir ki, bəzən dindarlarımız da bu təfriqəçi, sapqın, provokator şəxslərə rəğbət bəsləyir, hətta onları dəyərli alim, tədqiqatçı, ustad ifadələri ilə təqdim edirlər.

Daha əvvəl bu cür “alim”lərdən biri olan Mustafa İslamoğlunun batil fikirləri haqqında qeydlərimi bildirmişdim. Uzun illər boyunca özünü “vəhdət tərəfdarı” və hətta “şiə” kimi tanıtdırmağa səy göstərmiş, buna kifayət qədər uğurla nail olmuş bu şəxs son zamanlar üzündəki maskanı sıyırıb atmağa cəsarət tapdı. KİV-də yayımlanan xütbələrinin birində “Benim İMAMET teorisine evet deye bileceyimi tahayyul ve tasavvur ede biliyormusunuz? Benim Allah Rasulunun bir sultan gibi yerine bir valiahd tayin ede bilecegine inanmama inaniyormusunuz? BÖYLE BİR ŞEYE BENİM KİMİ BİRİ İNANA BİLİRMİ?” deyərək, əslində bu əqidədə olan şiələri təhqir etdi. Mustafa əfəndi daha sonra bir qədər də irəli gedib, Mehdi inancını “zertüştizmden kalan, yehudilikden süzülen, ya hırıstıanlıkdan süzülen, kırk kere dönmüş, taklı atmış, ve ondan sonra süzülüb gelmiş, önce şianın içine girmiş, sonra da sünnilerin içine girmiş” saymaqla, əslində şiə və sünninin müştərək əqidə əsasını və mütəvatir hədisləri inkar etdi. Bununla da, Mehdi inancını rədd edən və sayları barmaqla sayılan zavallıların cərgəsinə qoşuldu. 

Dini cameədə qeyri-ənənəvi görüşləri və fətvaları ilə tanınan və öz məzhəb alimləri tərəfindən ciddi tənqid (hətta rədd və boykot) edilən bəzi şəxslər haqqında mütəmadi olaraq səhifəmdə məlumat verirəm. Bu qəbildən xəbərdaredici (türk demişkən, “uyarıcı”) yazılarım bəzi dostlar tərəfindən əsassız və şiddətli tənqidlərlə qarşılansa da, ənənəni pozmaq fikrində deyiləm. 

Bu gün həmin silsiləni davam etdirərək, bu cərgəyə mənsub olan daha bir sapqın “din alimi” haqqında məlumat vermək və onun əsil simasını cəmiyyətə təqdim etmək istəyirəm:

Hər zaman öz qalmaqalları ilə məşhur olan, Türkiyədə mübahisə etmədiyi adam qalmayan professor, d-r ABDULAZİZ BAYINDIR əfəndi. 

Əvvəla, bunu qeyd edək ki, hər kəsin doğru və haqlı sözləri ola bilər. Bəzən əslində xeyirxah niyyətli olmayan insan da özünə müsbət imic qazanmaq üçün gözəl fikirlər və ideyalar səsləndirə bilər. Və çox vaxt bu cür fikirlər onun özünə aid olmur və o hər hansı atalar sözündən, məşhur hədisdən, hikmətli kəlamdan yararlanır. 

Bəzən də bu cür insanlar məşhur şəxsiyyətlərin, hətta müqəddəslərin kəlamlarını mənimsəyərək ya açıq şəkildə öz adlarına çıxır, ya da xəyali bir ləqəblə təqdim edirlər. Əslində yenə dolayı yolla həmin kəlamın özlərinə aid olduğunu iddia etmiş olurlar (Azərbaycan dini mühitində bu hallarla tez-tez rastlaşırıq).

Bəzən isə sadəcə olaraq, Allah onların dilinə haqq sözü gətirir və haqqı onların dili ilə bəyan edir. Necə ki, Müaviyyənin Əlini (ə) tərifləyən sözləri vardır, Əbu Süfyanın Həzrət Peyğəmbəri (s) mədh edən etirafları mövcuddur.

Nəhayət, azqın və sapqın insanın da bəzi sözləri haqq ola bilər. Heç kim demir ki, bir insanın bütün sözlərini doğru və ya səhv saymağa məcburuq. Amma təsəvvür edin ki, əgər bu cür sapqın şəxsi dəyərli İslam alimi adlandırsaq, vəziyyət necə olar? Və bu reklamı edən sıradan birisi yox, ilahiyyatçı olsa? Axı, dindən çox da xəbəri olmayan, gözü din alimlərinin ağzında qalan, onların zəmanətinə inanan sıravi insanlar həmin sapqın şəxsin digər səhv fikirlərini də doğru kimi qəbul edəcəklər. Elə isə, həmin “alim”ləri şişirdənlər ya kifayət qədər dini biliyə və dünyagörüşünə sahib deyillər ki, onun qalan fikirləri ilə tanış olmadan və öz sözünün məsuliyyətini düşünmədən bu cür çixiş edirlər. Ya da bunu qəsdən və qərəzli şəkildə edirlər.
Adıkeçən Bayındır əfəndiyə gəlincə, yuxarıda dediyim kimi, Türkiyə dini mühitində elə bir dinlə əlaqəli şəxs qalmayıb ki, Bayındır əfəndi onunla mübahisə etməsin, söz-sözə gəlməsin. (Diyanet İşleri Başkanlığının məsulları, Mustafa İslamoğlu, Cübbeli Hoca, Nihat Hatiboğlu, Alparslan Kuytul, Ebubekir Sifil, İhsan Şenocak, Kadir Mısıroğlu və başqaları ya onunla mübahisə etmiş, ya da ona etiraz bildirmişlər). Türkiyədə 15 il təhsil almış dostlardan biri haqlı olaraq deyir ki, Yaşar Nuri Öztürk, Abdulaziz Bayındır və onun kimi daha bir neçə nəfər hər il Ramazanda ortaya bir provakasyon fikir atmaqla, xalqın orucunu zəhərə döndərməyə fürsət tapırlar. 
Konkret olaraq, əvvəla, Abdulaziz Bayındır əfəndi peyğəmbərin məsumluğunu inkar edir, o həzrətin günahı olduğuna inanır!
https://www.youtube.com/watch?v=EA2dNeIn9K4

İkincisi, “İmtihan bitdimi – bitdi. Onun dışındakı her şey Cenabi-Hak tarafından bilinir. Çünki o sana bırakılan şey deyildir. Sana bırakılan şeyi, Allah sanı oylesine yaratmış ki, sen onu ortaya çıkarmayınca Allahü-teala bilmiyor…” kimi sözlərlə Allahın elmini ciddi şübhə altına alır. Bəndənin seçim qarşısında hansı yolu tutacağından, hətta bir oğlanın hansı qızla evlənəcəyindən Allahın xəbərsiz olduğunu bildirir! 

 

https://www.youtube.com/watch?v=qsN0OPxxdUU

 

Üçüncüsü, o da Mustafa İslamoğlu kimi Mehdi əqidəsini qəbul etmir və bunu zərdüştilikdən keçən bir inanc sayır. O, zühurdan əvvəl Həzrət İsanın (ə) yer üzünə enəcəyini də rədd edir (Xatırladım ki, hətta vəhhabilər belə, Mehdi inancını qəbul edirlər. Şiə və sünnilərin fikir ayrılığı ümumilikdə Mehdi inancında deyil, o həzrətin kimliyindədir). 
 

https://www.youtube.com/watch?v=rsGi3Cu_9jc

https://www.youtube.com/watch?v=mKxSwOidnLk

Dördüncüsü, məhşər günündə şəfaəti inkar edir və bu dünyada şəfaət istəməyi şirk sayır!
 

 

https://www.youtube.com/watch?v=I2YuVNRVfVw

 

https://www.youtube.com/watch?v=FmL3zAj8AME
 

 

Beşincisi, təvəssül etməyi, yəni Peyğəmbərin xatirinə Allahdan nə isə istəməyi şirk saymasa da, şirkdən əvvəlki pillə və çirkin davranış sayır!

 

https://www.youtube.com/watch?v=QnA3IP9jRoA

 

Altıncısı, səfər məsələsində nə məsafəni, nə də qalma müddətini qəbul etmir. Onun fikrincə, əgər ürfə (ənənəyə) görə, səfərdə sayılsanız, səfər hökmü sizə şamil olacaq, əks halda isə yox!

 

https://www.youtube.com/watch?v=Nmdeud5s9ss

 

Yeddincisi, heyzli qadının oruc tutmasının haram olduğunu qəbul etmir, əksinə, heyzli qadına oruc tutmağı fərz bilir!

 

https://www.youtube.com/watch?v=VEDJitS6ll0

 

Səkkizincisi, öz vaxtında qılınmayan namazların qəza edilməsini lazım bilmir: “Kaza namazı deyilen bir namaz yok zaten… Namaz vaktinde kılınır, vaktın dışında namaz olmaz”!

 

https://www.youtube.com/watch?v=Ks57DroC3M8

 

Doqquzuncusu, namazda Quranı ərəbcə düzgün oxuya bilməyən adamın Quran tərcüməsini oxumasını da icazəli sayır!

 

https://www.youtube.com/watch?v=J8gZZmfA4UE
Onuncusu, qəbir ziyarəti zamanı Quran oxunmasını düzgün saymır! Bu məsələ barədə onunla Fatih Çıtlak arasında mübahisə də olmuşdur. Bayındır əfəndi ölülərin ruhuna Quran oxynmasını da faydasız bilir!

 

https://www.youtube.com/watch?v=Dp9Q59JPgZ8
On birincisi, heç bir məzhəbi qəbul etmir və bəyan edir ki “tabii ki mezheplere karşıyız”.
https://www.youtube.com/watch?v=fYlwuFl--8A
On ikincisi, övliyaların kəramətini rədd edir!
 

On üçüncüsü, iddia edir ki, merac gecəsində Peyğəmbərin aparıldığı və Quranda xəbər verildiyi (İsra, 1) Məscidül-Əqsa Qüds şəhərində deyil, səmanın yeddinci qatındadır!

 

https://www.youtube.com/watch?v=jJ2iDnaNQqI
 

 

On dördüncüsü, Həzrət Mühəmmədin (s) sair peyğəmbərlərdən üstünlüyünü bəşəri anlamda qəbul etmir. Yəni onun fikrincə, peyğəmbərlərin birinin o birindən üstünlüyü Allaha aid olan bir dəyərdir, biz bu üstünlüyə qail ola bilmərik!

 

https://www.youtube.com/watch?v=XmwtxqZOcto

 

On beşincisi, Həzrət Mühəmməd Peyğəmbərin (s) Qurandan başqa heç bir möcüzəsi olmadığını bildirir, eləcə də Ayın bölünməsi möcüzəsini (şəqqül-qəmər) inkar edir!
 

 

https://www.youtube.com/watch?v=fB1UOLCEpT8
 

 

https://www.youtube.com/watch?v=EAV9B2PGenk
 

 

On altıncısı, cümə namazının qadına da, kişiyə də fərz olduğunu düşünür və kişilər kimi qadınların da yalnız ciddi üzr səbəbindən cümə namazına getməməsini caiz bilir.

 

https://www.youtube.com/watch?v=2yS6yYS3SlM

 

On yeddincisi, Peyğəmbərə salavat söyləməyi Peyğəmbərə dəstək olmaq, yardım etmək mənasında yozur.

https://www.youtube.com/watch?v=aTLV5NwOEzM

 

On səkkizincisi, İbn Teymiyyə haqqında kifayət qədər yüksək fikirdədir, onun haqqında belə deyir: “…Çok da güzel görüşleri var, yani tümü ile deyil, amma kendi çağdaşları ile ve öndekileri ilə kiyaslandığı zaman ciddi bir çıkış yapmış…”
 

https://www.youtube.com/watch?v=L0Sc8bWHuDM

 

On doqquzuncusu, Maidə surəsi, 55-ci ayədəki “rüku halında infaq edənlər” ayəsinin əsla İmam Əliyə (ə) aid olmadığı qənaətindədir və üstəlik, bu ayədən danışarkən, şiələrin ünvanına atmaca atmaqdan da çəkinmir.
 

 

https://www.youtube.com/watch?v=gtYmqPKNx14
 

 

və s.
 

 

İyirmincisi, A.Bayandırın namaz vaxtları, xüsusilə, orucluqda imsak və iftar saatları, təravih namazı haqqında, övliyalar əleyhinə (və xüsusilə Mövlana Ruminin əleyhinə) fikirləri də Türkiyədə böyük narazılığa səbəb olmuş və ona provokator imicini qazandırmışdır.
Göründüyü kimi, Abdulaziz Bayındır bu fətvaları ilə ənənəvi sünni və şiə məzhəbinin əqidə və fiqh əsaslarına qarşı çıxır. Onun bəzi fətvaları vəhhabi (sələfi) dünyagörüşünü xatırlatsa da, bəzi fikirləri öz məntiqsizliyi ilə hətta vəhhabiləri də geridə qoyur. İzlədiyi istidlal metodu isə onun “Quranilər” dalğasına mənsub olduğunu göstərir. (Bu dalğanın Türkiyə və İrandakı bəzi təmsilçiləri son zamanlar Azərbaycanda ciddi təbliğ edilir).

A.Bayandırın, eləcə də öz qeyri-ənənəvi fikirləri sayəsində provokator və təxribatçı kimi məşhurlaşan, öz ölkəsinin səlahiyyətli din alimləri və müsəlman xalqı tərəfindən rədd edilən (hətta vəhhabi damğası ilə evi daşa tutulan) bəzi digər alimlərin ölkəmizdə reklam edilməsi nə qədər doğru addımdır? Çaşdırıcı, sapıq fikirlərinə aydınlıq gətirmədən, lazımi qeyd və xəbərdarlıq verilmədən, onları dəyərli İslam alimi və tədqiqatçı kimi cəmiyyətə təqdim etmək Azərbaycanın ictimai-siyasi, dini-mədəni sabitliyi üçün təhlükə deyilmi?

 

İlahiyyatçı

Natiq Rəhimov

 
 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده

enver:

Niyə bu boyda məqalədə Allahın bir ayəsini belə yazmamısınız

Siz öncə bu yazıya rəy yazmısınız

0

0