Servis صفحه اصلی خبر |
|
Zaman : |
Saturday, October 4, 2014 |
|
Xəbər kodu : |
3760 |
Şəbistan Xəbər Agentliyinin “Fararu”ya istinadən verdiyi məlumata görə, İran prezedenti admistrasiyasının informasiya şöbəsinin müdir müavini Pərviz İsmaili özünün facebook səhifəsində bir şəkil yerləşdirərək barəsində bunları yazdı:
Rusiyanın prezidenti Vladimir Putinlə Həsən Ruhaninin 30 sentyabr görüşü (Həştərxan sammitinin haşıyəsində) çox səmimi şəraitdə keçdi.... Bu isti görüşün sonu yaddaqalan oldu. Rusiya prezidenti İran prezidetinin hədiyyəsini gətirmək göstərişi verdi. Bir qab gətirdilər. Ağır və möhtəşəm idi. Bir az da zədələnmişdi.
Qabın içində birnci Şah Abbasın əsgərlərindən birinin bürünc və qızıldan toxunmuş zireh geyimi vardı. Zireh Türkiyə - İran müharibəsi (1603-1618) zamanına aid idi.
Putinin gülə - gülə dediyi son cümləsi bu oldu: “Görünür bu zireh rəqiblərin əlinə düşüb, lakin o döyüşün qalibi İran olub”.
Görüş iştirakçıların son dərəcə sevinci və səmimiyyəti ilə sona çatdı.
http://www.shabestan.ir/detail/News/406374