Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda fəaliyyət göstərən ölkə məscidlərinin mədəniyyət – incəsənət otaqları ilə iş üzrə Dövlət Komitəsinin sədri Höccətül - islam vəl - müslimin Həbib Rza Ərzani məscidlər və asudə vaxt mövzusunda keçirilən konfransın yekun iclasında çıxış etdi.
O, öz çıxışında məscidin müasir dövrdəki fəaliyyət və funksiyalarını dəyərləndirərək bütün ictimai işlərin mərkəzində məscidin dayanmasının vacib olduğunu vurğuladı.
Natiq İmam Sadiq (ə) – dan belə bir hədisi zikir etdi: Yeni dövrana qədəm qoyanların qayğısına qalın, çünki onlar hər bir xeyir işə hazırdırlar.
Ruhani daha sonar əlavə etdi ki, başqa hədislər də oxşar ifadələrdən istifadə edərək mədəni tədbirlərdə uşaqlar, yeniyetmələr və cavanlardan istifadənin lazımlığını isbat və bəyan edirlər. Rəhbərlik etdiyim idarə də məhz bu yanaşmanı özünün əsas proqram və konsepsiyası kimi əldə rəhbər tutmuşdur.
Rəsmi qeyd etdi ki, incəsənət bəyan etmə və təfəkkürü çatdırmağın bir üsuludur. Lakin bu üslub hər hansı bir metod və bəyan tərzindən daha dəqiq, daha təsirli və daha qalarlıdır.
“İncəsənət xadimlərinin inkişaf edəcəyi ən gözəl yer və fəza məscidlərdir. 26 il bundan qabaq məscidlərin nəzdində fəaliyyət göstərən mədəniyyət – incəsənət otaqları məhz bu hədəfə xidmət etmək üçün yaradılmışdır”, deyə İranda fəaliyyət göstərən ölkə məscidlərinin mədəniyyət – incəsənət otaqları ilə iş üzrə Dövlət Komitəsinin sədri Höccətül - islam vəl - müslimin Həbib Rza Ərzani incəsənətin dinə xidmətindən söz açdı.
http://shabestan.ir/detail/News/733052