خبرگزاری شبستان

پنج شنبه ۲۶ مهر ۱۳۹۷

الخميس ٨ صفر ١٤٤٠

Thursday, October 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, October 03, 2018 Xəbər kodu : 34701
Xarici və daxili alimlərin iştirakı ilə
Səkkizinci beynəlxalq İmam Səccad (ə) qurultayı işinə başladı
Səkkizinci beynəlxalq İmam Səccad (ə) qurultayı Bəndər Abbasda xarici və daxili aimlər və mütəfəkkirlərin iştirakı ilə işinə başladı.

Şəbistan xəbər agentliyinin Bəndər Abbasdan verdiyi xəbərə əsasən bu önəmli mədəni və mənəvi hadisə çərşənbə sübh Murvarid şəhərciyinin iclas zalında işə başlayacaq və səhər və axşam keçiriləcək. Bu iclasda xarici dövlətlərdən məsələn: Küveyt, əl-cəzair, Livan və İraqdan eləcə də İranın tanınmış elmi və mədəni şəxsiyyətləri bu iclasda iştirak edəcəklər.

Beynəlxalq İmam Səccad (ə)  qurultayının icrai müdiri Höccətül-islam Əhməd Pəhvilani İmam Səccadın (ə) həyatı və həyat tərzinin açıqlanması, İmamın dəyərli əsərlərinin məsələn Səhifeyi Səccadiyyənin və Hüquq risaləsinin tanıdılmasını qurultayın əsas hədəflərindən sayaraq, dedi: Qurultay Qurani-kərimin ayələrinin oxunuşu, İran islam respublikasının himninin səslənməsi, qurultayın kilipi, Hormozqan İslam mədəniyyəti və təbliği idarəsinin rəisinin xiş gəldin deməsi və konqresin katibi tərəfdən konqres haqda məlumat verilməsi ilə başlayacaq.

 Konqresin digər proqramları isə aşağıdakılardır: Təqlid mərcələrindən olan Ayətullah Sübhaninin koqrese göndərdiyi məktubunun oxunuşu, Hormozqanda Vəliyyi fəqihin nümayəndəsi Ayətullah Nəimabadinin çıxışı, İmam Səccad (ə) barədə yazılmış elmi və mədəni əsərlərin təqdimat mərasimi və mədəni məscid mərkəzlərinin katibi Doktor Ərzaninin çıxışı.

Beynəlxalq İmam Səccad (ə)  qurultayının icrai müdiri Höccətül-islam Əhməd Pəhvilani dedi: İran hövzələrinin ali şurasının rəisi Ayətullah Müqtədainin çıxışı, şəhid ailələrinə mükafatlar verilməsi və Səhifəyi-Səccadiyyənin xadim və mübəlliğlərinə hədiyyələr verilməsi konqresin digər proqramlarındandır.

http://shabestan.ir/detail/News/731374
 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده