خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, October 01, 2018 Xəbər kodu : 34700

“Firəngiz” kitabının yazıçısının və səsləndirənin İnqilabın rəhbəri ilə görüşü
Bu gün Firəngiz Heydər pur (Firəngiz kitabını səsləndirən) və Məhnza Fəttahi (Firəngiz kitabının yazıçısı) İslam inqilabının Ali Rəhbəri ilə görüşdü.

Şəbistan xəbər agentliyinin Həzrət Ayətullah üzma Xameneinin əsərlərini nəşr edən mərkəzin rəsmi saytına istinadən verdiyi xəbərə əsasən bu gün Firəngiz Heydər pur (Firəngiz kitabını səsləndirən) və Məhnza Fəttahi (Firəngiz kitabının yazıçısı) İslam inqilabının Ali Rəhbəri ilə görüşdü. Bu görüş yeddinci Cihad və müqavimət ədəbiyyatının xaitrə gecəsindən sonra baş tutdu.

Yeddinci Cihad və müqavimət ədəbiyyatının xaitrə gecəsi “Müqəddəs müdafiə dövründə qadınları rolunun araşdılıması” mövzusu ilə bu gün İslam inqilabı mədəni tədqiqat mərkəzində keçirildi..

“Firəngiz” kitabı 1341-ci şəmsi ilində anadan olmuş Firəngiz Heydər purun Əvazin kəndindəki xatirələrini özündə əks etdirir. O, İraq ordusunun kəndlərinə hücumu zamanı bir balta ilə özünü müdafiə etmişdi. 1359-cu şəmsi ilində isə İraq ordusunun Əvazin kəndinə hücumu zamanı kəndin əhalisi ətrafdakı dərələrə sığınmışlar. O, dövrdə on səkkiz yaşı olan Firəngiz atası və qardaşı ilə birlikdə yemək götürmək üçün kəndə qayıdır. Amma yolda Firəngizin atası və qardaşı İraq ordsunun əsgərləri ilə döyüşür və şəhid olurlar. Firəngiz silahı olmamasına baxmayaraq, iki əsgərdən birini atasının baltası ilə öldürür. O birini isə bütün döyüç sursatı ilə əsr edir və İranın ordularının yerləşdiyi posta təhvil verir.
 

http://shabestan.ir/detail/News/730801

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده