خبرگزاری شبستان

جمعه ۲۳ آذر ۱۳۹۷

الجمعة ٦ ربيع الثاني ١٤٤٠

Friday, December 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, September 29, 2018 Xəbər kodu : 34698

Səhfələr üzərində ən gözəl rəsmlər
Şəbistan Xəbər Agentliyi: Ali dini rəhbərin bu əsərlərə yazdığı təqrizlər vətən və din uğrunda mübarizəyə həsr edilən kitabların səhfələri üzərində həkk edilən ən gözəl sətirlər və ölməz rəsm əsərləridirlər.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ali dini rəhbər Ayətullah Xameneinin kitablara yazdığı təqrizlər (müsbət rəy, resenziya) bir növ həmin kitabın tanınması və yayılmasında rol oynamaqla yanaşı, eyni zamanda xalq, xüsusən gənclər arasında kitab oxumaq mədəniyyətinin və bir növ mütaliə hərəkatının reallaşmasına xidmət edir.

 

 

 

Ayətullah Xamenei adətən İran - İraq müharibəsi, yəni İranda Müqəddəs Müdafiə adı ilə tanınana müharibə xatirələri mövzusundan bəhs edən kitablara daha çox təqriz vurur. Bu da məhz həmin kitabların tanınması və yayılmasına xidmət edir.

 

 

Ali dini rəhbərin bu ənənəsi 27 il bundan əvvələ, yəni 1991 – ci ilə qayıdır. O, həmin ildən Müqəddəs Müdafiəyə həsr edilmiş kitablara təqriz vurmağa başladı və bu kitablar cavanlar tərəfindən rəğbətlə qarşılandı.

 

 

Bu böyük şəxsiyyətin təqriz yazdığı kitablar aşağıdakılardan ibarətdir:

 

“13 – cü gülüstan”

 

“Nurəddin – İran oğlu”

 

“Su heç vaxt ölmür”.

 

Sözü gedən kitablar müharibə xatirələrinə həsr edilmiş ən nəfis əsərlərdirlər. Onlar insanlara iman, saflıq, səbr, dözüm, müqavimət və mübarizə əhval - ruhiyəsini aşlayırlar.

 

 

Ali dini rəhbərin bu əsərlərə yazdığı təqrizlər vətən və din uğrunda mübarizəyə həsr edilən kitabların səhfələri üzərində həkk edilən ən gözəl sətirlər və ölməz rəsm əsərləridirlər.

 

http://shabestan.ir/detail/News/729685

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده