خبرگزاری شبستان

شنبه ۲۴ آذر ۱۳۹۷

السبت ٧ ربيع الثاني ١٤٤٠

Saturday, December 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, September 26, 2018 Xəbər kodu : 34696

Düzgün bəyan və əməlimizlə İslam dinini təbliğ etməliyik
Şəbistan Xəbər Agentliyi: İran prezidenti Həsən Ruhani ABŞ müsəlmanaları ilə görüşündə dedi. Siz insanların, xüsusən düşmənlər və nadan dostlar tərəfindən hücuma məruz qalan gənclərin İslam dini və həqiqi İslam mədəniyyəti ilə düzgün tanışlığında əsas və önəmli rol oynayırsınız.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında iştirak və çıxış etmək məqsədi ilə Vaşinqtonda səfərdə olan İran prezidenti Həsən Ruhani çərşənbə axşamı ABŞ müsəlmanaları ilə görüşdü.

 

 

Həsən Ruhani görüşdə dedi: Bu gün bizim hamımızın vəzifəsidir ki, gənc nəslə kömək edək, həqiqi İslam mədəniyyətini onlara aşılayıb, izah edək və öz düzgün bəyan və əməlimizlə İslam dinini təbliğ edək.

 

 

İran prezidenti regionda terrorçulara, xüsusən İŞİD və Nusra Cəbhəsinə qarşı mübarizədə uğurlarına toxunaraq dedi: Bu gün Suriyada daha artıq təhlükəsizlik bərqərar edilib, lakin hələ də çoxlu problemlər qalmaqdadır. Suriya qaçqınlarının öz yurdlarına qayıtması üçün biz bu ölkəyə tam əmin - amanlıq və təhlükəsziliyi qaytaramaq istiqamətində çalışırıq

 

 

O təkfirçi terrorizmi İslamın mərhəmətli simasını tanıtmaq yolunda ən böyük təhlükə sayaraq vurğuladı: İŞİD - in cinayəti yanlız insanları öldürmək olayıb və deyil. Terrorçular öz əməlləri ilə təkcə bölgəyə zülm etmədilər, onlar xalqların İslam və dinə olan inanc və əqidələrinin də başını kəsdilər.

 

 

“Suriyanın gələcək müqəddəratı yalnız suriyalılar, xalqın rəy və sevgisi ilə təyin edilməlidir”, - deyə bildirən Həsən Ruhani İranın terrorçu qruplaşmaların Suriyadan qovulmasında önəmli və aparıcı rolu olduğunu bəyan etdi.

 

 

http://shabestan.ir/detail/News/729853

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده