خبرگزاری شبستان

چهارشنبه ۲۵ مهر ۱۳۹۷

الأربعاء ٧ صفر ١٤٤٠

Wednesday, October 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, September 23, 2018 Xəbər kodu : 34694

Təkfirçilik məhv edilməsi vacib olan bir virusdur
Şəbistan Xəbər Agentliyi: Əhvazda baş verən son hadisə göstərdi ki, təkfirçilik sağalmayan bir virusdur. Bir mərəzdir, bu virusu heç vaxt müalicə etmək olmaz. Əgər bədən virusa tutulubsa, bədən müalicə edilmir, o, virus tamamilə məhv edir və bədəni sağaldırlar.

 

 

“Onların seçdiyi bu növ əməliyyatlar göstərir ki, onların beyinlərinin içində ölümü seçmək üzərində işlənilib və bu istiqamətdə beyinləri doldurulub. Buna görə də onlara qarşı və onlarla mübarizə aparmaq üçün praktiki elmi səfərbəylik və təhlükəsizlik tədbirləri görmək lazımdır”.

 

 

Bunu Şəbistan Xəbər Agentliyi ilə müsahibəsində Höccətül - islam vəl - müslimin Musəvi dedi.

 

 

İranda fəaliyyət göstərən Həcc və Ziyarət Araşdırmaları Mərkəzinin rəisi Höccətül - islam vəl - müslimin Seyid Mehdi Əlizadə Musəvi Şəbistan Xəbər Agentliyinin müxbiri il  söhbətində təkfirçiləri və vəhhabiləri dindən çıxmış quruplama adlandırdı və qeyd etdi ki, baxmayaraq ki, onlar əhli - sünnətə mənsubdurlar, lakin əhli - sünnətdən deyillər. Onlarla heç bir anlaşmada bulunmaq olmaz.

 

 

Əhvazda baş verən son terror hadisəsində təkfirçiləri dəstəkləyən quruplara işarə edən müsahibimiz əlavə etdi: Əhvazda baş verən son hadisə göstərdi ki, təkfirçilik sağalmayan bir virusdur. Bir mərəzdir, bu virusu heç vaxt müalicə etmək olmaz. Əgər bədən virusa tutulubsa, bədən müalicə edilmir, o, virus tamamilə məhv edir və bədəni sağaldırlar.

 

 

Təkfirçi ünsürlərlə də belə mübarizə aparmaq lazımdır.

 

 

http://shabestan.ir/detail/News/729043

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده