خبرگزاری شبستان

شنبه ۱۲ فروردین ۱۴۰۲

السبت ١١ رمضان ١٤٤٤

Saturday, April 1, 2023

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, September 23, 2018 Xəbər kodu : 34693
Şakiri bildirdi:
Əhvazdakı teror bir ay əvvəldən planlaşdırılmışdı
Siyasi fəal Müctəba Şakiri dedi: Təqribən bir əvvəl bülütenlərdə bildirilirdi ki, Amerika, İsrail və sehyonistlərin milli təhlükəsizlik orqanları tərəfdən İran əleyhinə fəaliyyətlər görülür.

 Müctəba Şakiri Şəbistan xəbər agentliyinin xarici siyasət bölməsinə verdiyi müsahibədə dünənki Əhvaz terror hadisəsinə toxunaraq, dedi: Təqribən bir ay əvvəl bülütenlərdə bildirilirdi ki, Mosad milli təhlükəsizlik təşkilatı tərəfdən, CİA və Ərəbistan milli təhlükəsizlik orqanları tərəfdən İran əleyhinə işlər görülür.

Bu siyasi fəal Bəsrdəki İran konsulluğuna hücum, İraq zəvvarlarının İrana səfərini sual altına aparmaq məqsədi ilə şiə və sünni ixtilafı salmaq və terroristlərin İran sərhədlərinə daxil olmasını Amerika, İsrail və Ərəbistanın bu proqrama hazırlığı hesab edərək, dedi: Terroristlərin Əhvaza hücumu da bu zəmində atılan addımlardandır. Bizim milli təhlükəsizlik orqanları ayıq olmalıdır ki, bir neçə nəfər bu kimi terorlar törədə bilməsin.

Şakiri  bildirdi ki, müqavimət cəbhəsinin regionda qələbələri, İraq və Suriya seçkilərinin müqəffəqiyyəti Aerika, İsrail və Ərəbistanı ümidsizləşdirdi. Buna görə də belə işlər gördülər. O, qeyd etdi ki, bu dövlətlər müqavimət cəbhəsinin əleyhinə xüsusi ilə İrana qarşı böyük ittihamlar irəli sürməyə çalışdılar ki, İranla region dövlətlərinin xüsusi ilə İraqın əlaqələrini pozsunlar.

 Tehran şəhərinin şurasının sabiq üzvü təkid etdi: Onlar bu zəmində Ərbəin yürüşündə də problemlər yaratmaq istəyirlər. Gərək bu məsələyə diqqət edək.

http://shabestan.ir/mobile/detail/news/729106

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده