خبرگزاری شبستان

چهارشنبه ۲۵ مهر ۱۳۹۷

الأربعاء ٧ صفر ١٤٤٠

Wednesday, October 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, September 23, 2018 Xəbər kodu : 34692
Dövlət başçısı Mehrabad aeroportunda
Cinayətin cavabı Əhvazda veriləcək
Ruhani Əhvaz faciəsini törədənlərin yad ellilərin muzdurları olduğunu bildirərək, dedi: Bu hadisənin səbəbkarlarını və əmr edənlərini tanıyırıq. Şübhəsiz İran bu cinayəti bağışlamayacaq. İnsan haqları iddiası edənlər dünyaya cavab verməlidirlər.

Şəbistan xəbər agentliyi dövlət başçısı Höccətül-islam Həsən Ruhaninin rəsmi saytına istinadən xəbər verir: Bu gün dövlət başçısı Nyu-yorka getmək qəsdi ilə Tehranı tərk etməmişdən öncə Mehrabad aeroportunda jurnalistlərə verdiyi müsahibə dedi: Cinayətkarların cinayəti İran millətinin iradəsinə təsir göstərmir. Əhvaz cinayətinin cavabı qanun çərçivəsində canilərə veriləcək.

 Dövlət başçısı Birləşmiş millətlər təşkilatına getmə hədəfləri haqda dedi: Bu iclas Nyu-yorkda hər il keçirilən Birləşmiş millətlər təşkilatının iclasına qatılmaq üçündür. Keçən illərdə olduğu kimi bu il də bu səfəri yerinə yetirdim. Çünki bu iclas dövlətimizə verilən bir fürsət və tribunadır. Bu fürsətdə İran islam respublikası region və beynəlxaql məsələlər öz fikirini bildirə bilər.

Ruhani bildirdi ki, millətlər təşkilatında iştirak əksər dövlət başçıları ilə müzakirə etmək üçün bir fürsətdir. Adətən bu prezidentlərlə görüş üçün çoxlu səfərlər ehtiyac var. Ya da bu görüşlər üçün onlar Tehrana gəlsinlər. Amma bu iclasda iki tərəfli görüş üçün çox münasibdir. Bu iclasda iştirak edən dövlətlər və orda fəaliyyət göstərən müsəlmanlar və mediya işçiləri ilə müsahibələr aparırıq.

 Ruhani Əhvaz faciəsini törədənlərin yad ellilərin muzdurları olduğunu bildirərək, dedi: Bu hadisənin səbəbkarlarını və əmr edənlərini tanıyırıq. Şübhəsiz İran bu cinayəti bağışlamayacaq. İnsan haqları iddiası edənlər dünyaya cavab verməlidirlər.

http://shabestan.ir/mobile/detail/news/729083

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده