خبرگزاری شبستان

جمعه ۲۳ آذر ۱۳۹۷

الجمعة ٦ ربيع الثاني ١٤٤٠

Friday, December 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, September 22, 2018 Xəbər kodu : 34691

İranın silahlı qüvvələrinin Əhvazdakı paradına hücum edən terror dəstəsi məhv edilib
Şəbistan Xəbər Agentliyi:Terroristlər Müqəddəs Müdafiə həftəsi münasibətilə şənbə günü İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum ediblər.

İranın Xuzistan valisi Müqəddəs Müdafiə həftəsi münasibətilə Əhvaz şəhərində keçirilən İran silahlı qüvvələrinin paradına hücum amili olan terror dəstəsinin məhv edilməsindən xəbər verib.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə,Qolamreza Şəriəti IRNA ilə müsahibədə deyib: Bu gün səhər Əhvazda İran silahlı qüvvələrinin paradı zamanı dörd nəfər silahlı qüvvələrin geyimi ilə məsul şəxslərin yerləşdikləri məkanın arxasından rəsmilərə və əhaliyə atəş açıbdır ki, bu təxribatçılıq və anti-təhlükəsizlik hərəkətində günahsız əhalidən bir neçəsi, o sıradan bir neçə qadın və uşaq şəhid olub və ya yaralanıbdır.

 

Şəriəti əlavə edib: Bu terror hücumunda on nəfər şəhid olub və təqribən iyirmi nəfər yaralanıbdır.

 

Xuzistan valisi söyləyib: Hazırda vəziyyət İranın təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır və məntəqədə dinclik hökm sürür.

 

Şəriəti həmçinin bu təxribatçılıq hərəkətinin amili olan terror dəstəsinin məhv edilməsindən xəbər verib. Bildirib ki, İranın təhlükəsizlik qüvvələrinin sayıqlığı ilə terror amillərindən ikisi öldürülüb və iki nəfər də həbs edilibdir. Həbs olunanlardan biri yaralanıbdır.

 

Şəriəti qeyd edibdir ki, bu təxribatçılıq hərəkətlərinin İran xalqının əzmkarlığı, iradəsi və müqavimət əhval-ruhiyyəsinə təsiri olmayacaq və bütün xalq və məsul şəxsləri düşmənlərin fitnələri ilə mübarizədə daha artıq müttəfiq və əzmkar edəcəkdir.

 

http://shabestan.ir/detail/News/728858

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده