Servis Əsas səhifə |
|
Zaman : |
Monday, September 17, 2018 |
|
Xəbər kodu : |
34684 |
Məhdəviyyət mütəxəssisi açıqlama verdi
İmam Zamanın (ə) dostlarının Həzrət Əliəkbərə (ə) bənzərliyi
Höccətül-islam Sadiqi təkid etdi: İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətlərində də sadalanan Həzrət Əliəkbərin önəmli xüsusiyyətləri candan keçmək və İmamın ordusunda olmaqdır. Heç bir şey insanın İmam Zamanını (ə) tanıyandan sonra canını Ona fəda etməsindən üstün deyidir.
|
Məhdəviyyət üzrə mütəxəssis Höccətül-islam Məhəmməd Sadiqi Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin müxbirinə verdiyi müsahibəsində Həzrət Əliəkbərin həyatında müntəzir təlimləri haqda dedi: İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: “İmamını tanı. Əgər onu tanısan, sənə zərər yetirməyəcək. İstər İmam Zamanın (ə) zühuru tələssin, istərsə də onda təxir yaransın.” Bu hədisin mənası budur ki, Əhli-beyt (ə) şiənin imamı tanımasına böyük önəm verir.
O, bildirdi ki, Həzrət Əliəkbər (ə) belə idi və İmam Hüseynə (ə) yalnız ata gözü ilə baxmırdı. Bəlkə Əliəkbər (ə) İmam Hüseynə (ə) mövla və İslam peyğəmbərinin (s) canişini kimi baxır və onun ordusunda şəhid olmağı qəbul edirdi. Həzrət Əliəkbər (ə) özü də məqam əhli olmasına baxmayaraq, həmişə vəli və İmam Zamanını (ə) təqib edirdi.
Höccətül-islam Sadiqi təkid etdi: İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətlərində də sadalanan Həzrət Əliəkbərin önəmli xüsusiyyətləri candan keçmək və İmamın ordusunda olmaqdır. Heç bir şey insanın İmam Zamanını (ə) tanıyandan sonra canını Ona fəda etməsindən üstün deyidir.
http://shabestan.ir/mobile/detail/news/728270