خبرگزاری شبستان

چهارشنبه ۲۵ مهر ۱۳۹۷

الأربعاء ٧ صفر ١٤٤٠

Wednesday, October 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, September 17, 2018 Xəbər kodu : 34683

İmam Hüseyn (ə) hərəkatında əqli və şəri elmlərin ortaq yeri
Şəbistan Xəbər Agentliyi: İmam Hüseyn (ə) - ın hərəkatı elmə söykənən bir məktəb və əmələ söykənən bir hərəkatdır. Kimsə kitab oxumaqla deyə bilməz ki, mən bu hərəkatın mahiyyətini və yaxud da kı dini tamamilə dərk edirəm.

İmam Hüseyn (ə) hərəkatında əqli və şəri elmlərin yeri hər insanın həyatının ortaq ehtiyacı sayılır.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Fatiminiya məhərrəmlik ilə bağlı keçirilən mərasimlərin birində İmam Hüseyn (ə) əzadarlarının qarşısındakı çıxışında dedi: Hər kəs bildiyinə əməl etsə Allah onun elmini artırar. Buna görə də cavanlar təkcə dini elmləri öyrənməklə kifayətlənməməli, elmlərinin artırılması üçün ona, yəni bildiklərinə əməl də etməlidirlər.

 

 

Bəzən bəziləri əməl etmədiklərini danışırlar, bəziləri isə deyirlər ki, “mən heç bir araşdırma aparmadan dinin göstərişinə əməl etməyəcəm”. Bu sözün arxasında araşdırma və elm yatmır. Məsələn, bir alim ona bir söz deyəndə, o deyir ki, mən araşdırmadan əməl etmiyəcəm. Alimlər həkimlərə bənzərlər, həkimlərin yanına getdikdə isə dərman nüsqxsinə, reseptə araşdırmadan, elmimiz olmadan, təqlidlə əməl edirik, çünki göstərişdir. Alimlərin sözləri də göstərişdir. Onlara əməl etmək lazımdır. Xüsusən təqlid sahəsində belə bir fikirlər söylənilir. Çünki onlar təqlidi səhv başa düşürlər.

 

 

İmam Hüseyn (ə) - ın hərəkatı elmə söykənən bir məktəb və əmələ söykənən bir hərəkatdır. Kimsə kitab oxumaqla deyə bilməz ki, mən bu hərəkatın mahiyyətini və yaxud da kı dini tamamilə dərk edirəm.

 

 

Dini elmləri öyrənmək hər bir müsəlmana vacibdir. Əqli elmlər həyatımızı idarə etmək üçün kifayət etmir. Elmin kənarında insan öz dünya və axirət səadətini düşünməlidir. Necə ki, insanın həm qidaya, həm də dərmana ehtiyacı var, əqli və şəri elmlərə də birlikdə ehtiyacı vardır.

 

 

http://shabestan.ir/detail/News/728013

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده