خبرگزاری شبستان

پنج شنبه ۲۶ مهر ۱۳۹۷

الخميس ٨ صفر ١٤٤٠

Thursday, October 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, September 17, 2018 Xəbər kodu : 34682

İmam Hüseyn (ə) məclisləri; Allaha yaxınlıq fürsəti ya özünü göstərmək meydanı?
Şəbistan Xəbər Agentliyi: Höccətül- islam vəl – müslimin Seyid Muhəmməd Nəqib: Çox təəssüflər olsun ki, biz müqəddəs bir işi qeyri - pak hədəflərimiz ilə bulaşdırırıq. Misal olaraq, İmam Hüseyn (ə) məclisinə sırf hər hansısa tanınmış şəxsiyyətin və məddahın və yaxud da kı xətibin söhbət etdiyi üçün yığışırıq.

İmam Hüseyn (ə) məclisləri Allaha yaxınlıq və sadə yaşam tərzi məktəbidir, özünü göstərmək üçün fürsət deyil

 

 

Höccətül- islam vəl – müslimin Seyid Muhəmməd Nəqib ənənəvi və hələ qədimdən xalqın arasında oturmuş metodlarla sadə şəkildə İmam Hüseyn (ə) məclislərinin keçirməyinin lazım olduğundan danışarkən dedi: Çox təəssüflər olsun ki, biz müqəddəs bir işi qeyri - pak hədəflərimiz ilə bulaşdırırıq. Misal olaraq, İmam Hüseyn (ə) məclisinə sırf hər hansısa tanınmış şəxsiyyətin və məddahın və yaxud da kı xətibin söhbət etdiyi üçün yığışırıq.

 

 

İranda fəaliyyət göstərən Qurani - Kərim Maarif və Elmləri İnistitunun tədris və təkmilləşdirmə şöbəsinin müdiri Şəbistan Xəbər Agentliyi ilə müsahibəsində bu barədə əlavə etdi: Niyyət bütün əməllərin əsasını təşkil edir. Niyyət insanı axirətdə də yüksəldə bilər. Yəni görülən işin yalnız dünyəvi deyil, axirətdə də xeyirləri olacaqdır. Buna görə də İmam Hüseyn (ə) məclislərindədə düzgün niyyət etmək lazımdır. Burada israfçılığa, özünü göstərməyə yer vermək olmaz.

 

 

 

Müxbirimizlə söhbətində Höccətül- islam vəl – müslimin Seyid Muhəmməd Nəqib təəssüfünü də gizlətmədi: “Fılan xətib yaxşıdı, fılan xətib pisdir, fılan məscid yaxşıdır, fılan məscid pisdir” demək və bu meyarlarla İmam Hüseyn (ə) məclisi seçmək düzgün iş deyildir.

 

 

http://shabestan.ir/detail/News/727748

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده