Şəbistan xəbər agentliyi xəbər verir: Bəsrədə İran kosulluğuna hücumda Amerika müqəssirdir, Mərkəzi bankın rəhbərliyi süni bahalaşmanın qarşısını almaq, dövlətin möhtəkirlərlə ciddi mübarizəsi Ali Rəhbərin unicersitet tələbələri ilə görüşdə açıqladığı mövzular idi. Bu xəbərləri təfərrüatını aşağıdakı linklərdə oxuya bilərsiz:
Fəsad yuvaları məhv olunmalıdır
Məhkəmənin sözcüsü bildirdi ki, dövlət və milli məclis fəsadla mübarizdə ciddidirlər. Bu sahədə yaxşı işlər görülür. O, dedi: Biz ciyanətlə mübarizədə güzəştə getməyəcəyik.
Nümayəndlər cəmiyyətdəki qaranlıq məqamlara aydınlıq gətirsinlər
İslam şura məclisinin Qum üzrə nümayəndəsi Höccətül-islam Müctəba Zünnuri dedi: Nümayəndələr nəzarət altına alınmağı sevmirlər. Bu məsələnin müxtəlif səbəbləri vardır. İslahataçı və müstəqil olanların özlərinə görə səbəbləri vardır. Əgər nümayəndələr haqda olan bütün məsələlər xalqa çatırılsa, xalq da elmlə haqlarını tələb edəcəklər.
Bəsrədə İran konsulluğuna hücumun səbəbkarı Amerikadır
İraqın rəhbərləri Bəsrədə İran konsulluğuna hücumda Amerikanın müqəssir olduğunu bildirdilər.
İraqdakı Həşduş-şəbi heyətinin rəis müavini Əbu Mehdi Əlmühəndis İraqın rəhbərləri Bəsrədə İran konsulluğuna hücumda Amerikanı günahkar bilirək, dedi: İraqın rəhbərləri Bəsrədə İran konsulluğuna hücumda Amerikanın əli olduğu barədə sənədlər və şahidlər vardır. Bağdad dövləti bu məsələni araşdırmalıdır.
Dünən İraq dövlətinin prezidenti Fuad Məsum da cümə günü Bəsrədə İran konsulluğuna hücumu məhkum etdi.
Şəbistan xəbər agentliyi xəbər verir ki, cümə günü Bəsrədə İran konsulluğuna hücum oldu. Dövlətimizin xarici siyasət üzrə mütəxəssisləri eləcə də İslam şurası məclisinin üzvləri bu işin əsas səbəbkarını Ərəbistan hesab etdi. Ərəbistan istəyir ki, İraqda şiə-şiə ixtilafı yaratsın və İran və İraq xalqında bir-birinə qarşı bədbinlik yaratsınlar.
http://shabestan.ir/detail/News/726749