خبرگزاری شبستان

پنج شنبه ۲۴ آیان ۱۳۹۷

الخميس ٧ ربيع الأوّل ١٤٤٠

Thursday, November 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, September 09, 2018 Xəbər kodu : 34676

Behişt əhlinin xüsusiyyətləri
“Rəbbinizin sizi bağışlamasına, göylər və yer qədər geniş olan və təqvalılar üçün hazırlanmış behiştə doğru tələsin.”

Qurani-Kərimin “Ali-İmran” surəsinin 133-136-cı ayələrində Allah-Taaladan günahların bağışlanmasını diləmək, Ona üz tutub tövbə etmək, həm rahatlıq, həm də qıtlıq zamanı infaq etmək və Allah yolunda xərc çəkmək, habelə təmkinli olmaq, qəzəbi boğmaq, güzəştə getmək və günahı təkrarlamamaq behişt əhlinin səciyəvi xüsusiyyətləri kimi qeyd olunur:

وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

Rəbbinizin sizi bağışlamasınagöylər  yer qədər geniş olan  təqvalılar üçünhazırlanmış behiştə doğru tələsin.”

الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

(Təqvalılaro kəslərdir kihəm rahatlıqhəm  çətinlik zamanı infaq edərözqəzəblərini udarxalqın xatalarını bağışlayarlarAllah yaxşı əməl sahiblərini sevər.”

وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ

“(Təqvalılaro kəslərdir kipis  gördükdə  ya özlərinə zülm etdikdə Allahıxatırlayıb günahlarına görə tövbə edərlərAllahdan başqa günahları bağışlayankimdir? (Təqvalılargünahın pisliyini bildiklərindən gördükləri işi təkrarlamazlar.

Növbəti ayədə isə bu xüsusiyyətlərə sahib olanlar behiştlə müjdələnir və buyurulur:

أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ

Rəbbi tərəfindən onların (təqvalılarınmükafatı bağışlanma  ağacları altındançaylar axan bağlardırOnlar daim orada qalarlarƏməl sahiblərinin mükafatı necə gözəldir!”

Məğfirət və günahın bağışlanması Allaha aid işdir. İlahi məğfirət və bağışlanmağa doğru tələsmək məğfirət və bağışlanmağa səbəb olacaq əməllərə tələsmək mənasını ifadə edir. Odur ki, bəzi alimlər həmin əməllərin insanın bağışlanmasına səbəb olan İslamdan, bəziləri vacib əməllərin icrasından, bəziləri hicrətdən (çirkin mühitdən pak mühitə köç), bəziləri gündəlik beş namazdan, bəziləri cihaddan və bəziləri də tövbədən ibarət olduğunu vurğulamışlar. Bütün bu əməllər insanı behiştə aparan əməllərdir. Elə bu səbəbdən də, uyğun ayələrdə infaq, istiğfar, əfv, güzəşt və ehsan kimi ilahi məğfirətə səbəb olan mühüm əməllər və behişt qapılarının açarlarına işarə edilmişdir.

Diqqəti cəlb edən odur ki, bu məna azacıq fərqlə – “sariu” (tələsin) ifadəsinin yerinə “sabiqu” (ötüb keçin) ifadəsi işlənməklə “Hədid” surəsinin 21-ci ayəsində də öz əksini tapır:

سَابِقُوا إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ السَّمَاء وَالْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçin...”

Bəli, tələsməyin və sürətlə hərəkətin nəticəsi elə başqalarını ötüb keçməkdir. Hər halda, bu təbirlər göstərir ki, bü dünya insanlar üçün müsabiqə və yarış meydanıdır; bu müsabiqədə son nöqtə və son məqsəd ilahi məğfirət və bağışlanma, misilsiz genişliyə sahib olan behiştdir. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.81-82.)

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده