خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, September 09, 2018 Xəbər kodu : 34675

Ən üstün ruzi hansıdır? Ruzini necə artırmaq olar?
Sərvət və çoxlu sərmayə bəzən fəsada səbəb olar. Belə ki, zəngin insan özünü Allahdan ehtiyacsız hiss edər və tüğyan etməyə başlayar

 Ruzi sözünün ərəb dilindəki mənası – gündəlik yemək deməkdir. Dinimizdə isə ruzi dedikdə o şey nəzərdə tutulur ki, ondan bəhrələnmək olar və heç kəs onun qarşısını ala bilməz. Deməli, ruzi o şeydir ki, ondan bəhrələnmək olar.

Qurani-Kərimdə ruzi sözü bir neçə dəfə işlənmişdir ki, onlara işarə edək: “Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir”. (“Taha” 131).

“Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər”. (“Şura” 27).

Əgər kiminsə ruzisi boldursa, bu, o demək deyildir ki, Allah onu sevir. Kiminsə ruzisi azdırsa, bu, o demək deyildir ki, Allah onu sevmir. Belə ki, Allah bəndəsini bəzən ruzi bolluğu və bəzən də ruzi azlığı ilə imtahana çəkər. (Tebyan)

Sərvət və çoxlu sərmayə bəzən fəsada səbəb olar. Belə ki, zəngin insan özünü Allahdan ehtiyacsız hiss edər və tüğyan etməyə başlayar.

Bəzən də sərvət bəla və əzaba səbəb olar. İnsandan rahatlığı və istirahəti alar. Quran bu haqda buyurur: “Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla onların xeyirə nail olmalarına tələsirik? (Xeyir,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq). (“Muminun” 55-56).

Nemətə şükür etmək onu çoxaldar və aradan getməsini əngəlləyər. “Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir”. (“İbrahim” 7).

İslam dini ruzi qazanmağı cihada getməklə bərabər tutur. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ailəsi üçün halal ruzi qazanmaq yolunda çalışar – mücahid və Allah yolunda hərəkət edəndir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər insan odunu belinin arxasında həml etsə, başqalarına dilənçilik əlini açmaqdan daha yaxşıdır, məlum deyildir ki, ona bir şey verəcəklər, yoxsa yox”.

Ruzini artıran amillər:

Ailəsinə qarşı mehriban olmaq. İmam Sadiq (ə) buyurur: “Hər kim ailəsi ilə yaxşı əməl sahibi olarsa ruzisi çox olar”.

Yaxşı əməl. İmam Sadiq (ə) buyurur: “Yaxşı əməl ruzini artırar”.

Zəkat vermək. İmam Baqir (ə) buyurur: “Zəkat vermək ruzini artırar”.

Xoş niyyətli olmaq. İmam Əli (ə) buyurur: “Hər kim xoş niyyətli olar, ruzisi artar”.

Sədəqə vermək. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqəni çox verin ki, Allah sizə ruzi versin”.

Ən üstün ruzi hansıdır?

Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün ruzi odur ki, kifayət qədər olar”.

İmam Əli (ə) buyurur: “O kəs ki, kifayət qədərinə qane olar, rahatlığı əldə edər. Asan və xoş həyatdan bəhrələnər”.

İmam Sadiq (ə) buyurur: “İncildə deyilir ki, İsa (ə) buyurub: “Allahım! Səhər bir tikə arpa çörəyini və axşam bir tikə arpa çörəyini ruzim qərar ver və bundan artığını ruzim etmə ki, tüğyana düçar olaram””.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده