خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Sunday, September 09, 2018 Xəbər kodu : 34673

Amerikanın Suriyada hərbi manevra başlaması
Amerika deyir ki, Suriyada hərbi manevr etməkdə məqsədi Rusiyanın təhdidlərinə reaksiya verməkdir. Amma əslində onun hədəfi Suriyada müharibə təbili çalmaqdır.

Şəbistan xəbəragentliyi xəbər verir: Amerika hərbi qüvvələri Suriyanın cənubunda cümə günündən gözlənilməz hərbi təlimlərə başlamışdır. Amerika müdafiə işçilərindən biri iddia edir ki, bu hərəkət Rusiyanın hərbi təhdidlərinə reaksiya vermək məqsədi güdür.

 Bu mənbə elan edir ki, bu hərbi manevrdə 100-dən çox əsgəri iştirak edir. Bu manevr üç gün davam edəcək.

 Vaşinqton uzun müddətdir ki, Rusiyanın təhdidlərindən danışır. Bu hərbi təlim niyə düz Trampın Suriyanı təhdid etdiyi günlərə təsadüf edir?  Dəməşq İdlibdə terroristlərin son ordugahın məhv etmək məqsədi ilə hərbi əməliyyat aparacını eln etdiyi gündən Amerikanın dövlət başçısı Əsədlə müharibə edəcəyini bildirir.

 Vaşinqtonun Suriyaya hücum etməyə bəhanəsi Əsəd dövlətinin suriyalıların əleyhinə kimvəyi silahlardan istifadə etməsidir. Bu bəhanə uzun müddət öncə hazırlanmışdı.

Belə bir şərait Amerika Suriyada hərbi manevr etməkdən əlavə silahlı qüvvələrini bu dövlətdə saxlayacağını bildirir. Təhlilçilərin dediyinə görə Amrikanın silahlə qüvvələrini Suriyada saxlaması Vaşinqton üçün böyük bir riskdir. 

 Amerika 2001-ci ildə Əfqanıstanla, 2003-cü ildə İraqla və 2011-ci ildən isə Suriya ilə müharibə edir. Amerikanın Əfqanıstan və İraqa dəxalətləri iraqlılar və əfqanlar üçün əmin-amanlıq yaratmadı. Bu vəziyyət Suriyanı da gözləyir.

Amerika deyir ki, Suriyada hərbi manevr etməkdə məqsədi Rusiyanın təhdidlərinə reaksiya verməkdir. Amma əslində onun hədəfi Suriyada müharibə təbili çalmaqdır.

http://shabestan.ir/detail/News/726642

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده