خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, September 09, 2018 Xəbər kodu : 34672

İran xalqı Amerikanı məğlubiyyətə uğratdı
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı bildiriblər: İran İslam Respublikası və İran xalqı Amerika qarşısında müqavimət göstərməklə bir xalqın zorakıların qaş-qabağından qorxmayacağı və öz qabilyyətlərinə güvənəcəyi və arxalanacağı təqdridə super gücləri geri oturmaq və məğlubiyyətə uğradacağını sübut edibdir.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər İran İslam Respublikası ordusunun hərbi unuversitetləri tələbələrinin 16-cı məzuniyyət mərasimində zalım qüvvələrin regionda destabillik yaratmaq üçün həyata keçirdiyi şər siyasətlərinə toxunaraq bildiriblər: Zalım Amerika başda olmaqla dünyanın zalım qüvvələri öz mənafelərini, ev müharibələri, terrorçu fəaliyyətlərin faciləli şəkildə artırılması və regional toqquşmalarda görürlər və təəssüflər olsun ki, bəzi region ölkələri onlara yardım edirlər.

 

İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı regionda bir müsəlman gücün başıucalığına mane olmağın Amerika və sionist rejimin məqsədi olduğunu bildirərək xatırladıblar: Onlar bilirlər ki, islamın cazibəli müraciəti məhrumları müdafiədən ibarətdir buna görə də, islam əsasında bir gücün formalaşmasından qorxurlar.

 

Həzrət Ayətullahül-üzma Xamenei İİR-nın zalım qüvvələrə qarşı müqavimətinin regiondakı zalım məqsədlərin əsas məğlubiyyətinin səbəbi olduğunu bildirərək xatırladıblar: Siyasi analitiklər, dünyanın ağıllıları, İranın Allaha və milli gücünə arxalanaraq regionda dünya güclərini nakam qoymasından heyrətləniblər və bu həqiqəti etiraf edirlər.

 

İslam İnqilabının böyük rəhbəri xatırladıblar: İran İslam Respublikası 40 ildir Amerika və onunla əlbir olanların təxribatçı fəaliyyətlərinin hədəfindədir amma bu gün kiçik fidandan səmər verən uca ağaca çevrilib və zalım qüvvələrin bir çox cəhdlərinə rəğmən xalqların ürəklərini inqilabın müsajına cəlb edib və Amerikanın regiondakı məkirli planlarını məğlubiyyətə uğradıb.

 

İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı Suriya, İraq və Livanın Amerikanın regiona qarşı məkirli planlarının məğlubiyyətə uğraması üçün nümunələr olduğunu bildirərək xatırladıblar: Bunlar Allahın qüdrəti və İlahi vədlərin doğru olmasının nişanələridir. Allah taala buyurur ki, Allaha köməklik etsəniz, Allah sizə qələbə qazandıracaq və sizi yolunuzda möhkəm edəcək.

 

http://shabestan.ir/detail/News/726693

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده