خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Saturday, September 08, 2018 Xəbər kodu : 34665

Məhərrəm ayı lüğəti
Məhərrəm – Hicri-qəməri ilinin ilk ayının adı. İmam Hüseyn (ə) və silahdaşları bu ayın 10-cu günü şəhadətə yetmişlər

Məhərrəm – Hicri-qəməri ilinin ilk ayının adı. İmam Hüseyn (ə) və silahdaşları bu ayın 10-cu günü şəhadətə yetmişlər.

Kərbəla – İraqda şəhər adı, imam Hüseyn (ə) və silahdaşlarının şəhid olduğu yer.

Aşura – Onuncu gün deməkdir. Hicri-qəməri tarixi ilə Məhərrəm ayının 10-cu günü. İmam Hüseyn (ə) və silahdaşları həmin gün şəhadətə yetmişlər.

Matəm – yas, hüzn.

Mərsiyə – İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün hüznlə, kədərlə ifadə olunan şeir növü.

Sinəzən – İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin faciəli ölümləri ilə bağlı bəstələnən, sinəyə vurularaq oxunan hüznlü və kədərli şeir növü.

Beş əsma (və yaxud beş kimsə) – Muhəmməd peyğəmbər (s), imam Əli (ə), xanım Fatimə (s.ə), imam Həsən (ə) və imam Hüseyn (ə).

Əhli-beyt – Nübüvət evinə və məqamına layiq olan, Allahın bütün pisliklərdən uzaqlaşdırdığı, sevgi və vilayətlərini bütün ümmətə vacib etdiyi şəxslər. Bunlar Muhəmməd peyğəmbər (s), həzrət Fatimə (s.ə) və on iki imamdır.

On iki imam – Allah tərəfindən ümmətə imam və rəhbər olaraq seçilən və hamısı Peyğəmbərin (s) Əhli-beytindən olan  müqəddəs insanlar: 1. İmam Əli (ə), 2. İmam Həsən (ə), 3. İmam Hüseyn (ə), 4. İmam Zeynəlabidin (ə), 5. İmam Muhəmməd Baqir (ə), 6. İmam Cəfər Sadiq (ə), 7. İmam Museyi-Kazım (ə), 8. İmam Rza (ə), 9. İmam Muhəmməd Təqi (ə), 10. İmam Əliyyən-Nəqi (ə), 11. İmam Həsən Əskəri (ə), 12. İmam Mehdi Sahibəzzaman (ə).

İmam Hüseyn (ə) – Üçüncü imamımız, Peyğəmbərin (s) əziz nəvəsi, imam Əli (ə) ilə həzrət Fatimeyi-Zəhranın (s.ə) gözünün nuru və əziz övladı. Kərbəlada zalım, qəddar, şərabxor, əyyaş və məlun Yezidə qarşı qiyam edərək silahdaşları ilə birgə müqəddəs və ilahi hədəf uğrunda şəhadətə yetmiş, şəhidlər sərvəri adına layiq görülmüşdür.

Həzrət Əbülfəzl-Abbas – İmam Əlinin (ə) həyat yoldaşı Ümmül-Bənindən dünyaya gələn dörd oğlundan ən böyüyü və “Bəni-Haşimin ayı” ləqəbinə layiq görülən şəxsin adı. Kərbəlada imam Hüseynin (ə) bayraqdarı olmuş, Aşura günü şəhadətə yetməzdən öncə susuz uşaqlara “Fərat”dan su gətirmək üçün yola düşmüş, amma suyu uşaqlara və xeymələrə çatdırmadan zalımların xainanə hücumlarına məruz qalaraq məzlumcasına şəhadətə yetdiyi üçün “Səqqa” (susuzların saqisi) ləqəbi ilə məşhurlaşmışdır.

Həzrət Əli Əkbər – İmam Hüseynin (ə) ən böyük oğlu. Kərbəlada Haşimoğulları və Peyğəmbərin (s) nəvələrindən ilk şəhid olan, həm görkəm, həm də əxlaqda Peyğəmbərə (s) daha çox oxşayan şəxs. Kərbəla meydanda, Aşura günü böyük qəhrəmanlıqlar göstərdikdən sonra zalımların mühasirəsi və xainanə hücumları nəticəsində şəhid olmuşdur.

Həzrət Əli Əsğər – İmam Hüseynin (ə) ən kiçik övladı. Kərbəla faciəsi zamanı 6 aylıq idi. Aşura günü imam Hüseynin (ə) qucağında ikən, alçaq və qəddar zalımlar tərəfindən boğazından oxla vurularaq şəhadətə yetmişdir

Həzrət Zeynəb – İmam Hüseynin (ə) böyük bacısı və imam Əlinin (ə) qızı. Kərbəla qiyamında və bu qiyamın mesajının insanlara çatdırılmasında unudulmaz rolu olmuşdur. Yezid və zalım tərəfdaşlarına qarşı göstərdiyi bənzərsiz şücaət və mübarizliyi ilə yaddaşlara həkk olunmuşdur. Anası Fatimədən (s.ə) sonra qadınlarımıza ən böyük örnək və nümunədir.

Həzrət Qasım – İmam Həsənin oğlu və imam Hüseynin qardaşı oğlu. Yaşının az olmasına baxmayaraq, Kərbəlada böyük qəhrəmanlıqlar göstərmiş və sonda şəhadətə yetmişdir. “Allah yolunda şəhid olmaq mənə baldan da şirindir!” – kimi unudulmaz cümlə ona məxsusdur.

Yezid – İslam və Peyğəmbərin (s) düşməni Əbu Süfyan və ciyəryeyən Hindin nəvəsi, Müaviyənin oğlu. Əyyaş, zinakar, qumarbaz, şərabxor, eləcə də, Əhli-beyt dostlarının qatili və Kərbəla faciəsinin baş memarı. Allahın, peyğəmbərlərin, mələklərin və bütün saleh qulların lənəti olsun ona, əcdadına və onları sevənlərə!

Ömər Səd – Səd Vəqqasın oğlu. Kərbəlada Yezid ordusunun baş sərkərdəsi. Allahın sonsuz lənəti olsun ona!

Şimr ibn Zilcövşən – Kərbəlada Yezid ordusunun sərkərdələrindən biri. İmam Hüseynin (ə) qatili və mübarək başını bədənindən ayıran alçaq şəxs. Allahın sonsuz lənəti və qəzəbi olsun ona!

/ Maide.Az /

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده