خبرگزاری شبستان

چهارشنبه ۲۹ دی ۱۴۰۰

الأربعاء ١٦ جمادى الثانية ١٤٤٣

Wednesday, January 19, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, September 8, 2018 Xəbər kodu : 34663

Ali Rəhbər: Bu gün İslam Dünyanın başlıca ehtiyacı müsəlman ölkələrin birliyidir
Şəbistan Xəbər Agentliyi: İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İslam Dünyasının bu günkü başlıca ehtiyacını İslam ölkələri arasında birlik və həmrəylik adlandırıb və deyiblər: İslam ölkələrinin birliyi və həmrəyliyi heç şübhəsiz regionun problemlərinin həllinə kömək edəcək.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei cümə günü axşam Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşdə deyiblər: ABŞ başda olmaqla hegemonçuluq quruluşu İslam ölkələri arasında birlik və həmrəyliyin yaranmasından, vahid İslam qüdrətinin formalaşmasından nigarandır.

 

O həzrət ABŞ-ın İslam ölkələri ilə düşmənçiliyinin başlıca səbəbini elə həmin nigaranlıq adlandırıb və deyiblər: İran İslam Respublikası və Türkiyə regionun iki güclü və hörmət sahibi olan ölkəsi olaraq İslam Dünyası ilə bağlı ortaq düşüncələrə malikdirlər. Buna görə də, iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələr daha da möhkəmlənməlidir.

 

İnqilab Rəhbəri Türkiyədə islamçıların hakimiyyətə gəldiyi zamandan Tehran ilə Ankara arasında yaxşı əlaqələrin formalaşdığını deyərək, əlavə ediblər: İki ölkə arasındakı ortaqlıqlar daha da möhkəmləndirilməlidir.

 

Həzrət Ayətullahülüzma Xamenei həmçinin, Türkiyə prezidentinin Myanma olayları qarşısındakı mövqeyini yüksək dəyərləndiriblər.

 

İnqilab Rəhbəri daha sonra Fələstin məsələsinə toxunublar.

 

"Fələstin məsələsi daim önəmlidir və bir an olsun belə bu məsələ unudulmamalıdır" - deyə İnqilab Rəhbəri bildiriblər.

 

Türkiyə prezidenti də bu görüşdə regionda vəziyyətin böhranlı olduğunu xatırladıb və deyib: Ümidvaram İslam ölkələrinin əməkdaşlığı yolu ilə regionun problemlərini həll etmək mümkün olsun.

 

Ərdoğan İslam ölkələri arasında birliyin olmamasını hazırkı şəraitin başlıca səbəblərindən adlandırıb və deyib: Qərbin müstəqil İslam ölkələri qarşısındakı rəftarları vəziyyətin daha həssas hal almasına səbəb olub. Elə bu məsələ İran və Türkiyə arasında birlik və hərməyliyin möhkəmləndirilməsini zəruri edir.

 

http://shabestan.ir/detail/News/726358

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده