خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, September 8, 2018 Xəbər kodu : 34662

Həzrət Ayətullahül-üzma Xamenei: ABŞ-ı cilovlamaq mümkündür
Şəbistan Xəbər Agentliyi:İslam İnqilabının Böyük Rəhbəri cümə günü axşam Tehranda Rusiya prezidenti Vladimir Putin ilə görüşdə deyiblər: İran və Rusiyanın Suriya böhranı ilə bağlı əməkdaşlığı ikitərəfli əməkdaşlıqlar üçün çox aydın nümunə və çox dəyərli təcrübə olaraq, sözün əsl mənasında güclərin birləşdirilməsidir.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei İran və Rusiya arasındakı ikitərəfli əməkdaşlıqların dünyanın digər məsələlərini də əhatə edə biləcəyini deyərək, əlavə ediblər: İki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri ABŞ-ın cilovlanılmasıdır. Çünki, Vaşinqton bəşəriyyət üçün ciddi təhdiddir. Amma, onu cilovlamaq da mümkündür.

 

İnqilab Rəhbəri Suriya olaylarını ABŞ-ın cilovlanılması üzrə aydın nümunə adlandırıb və deyiblər: Amerikalılar hazırda Suriyada həqiqi məğlubiyyəti təcrübə ediblər və öz məqsədlərinə çata bilməyiblər.

 

Həzrət Ayətullahülüzma Xamenei İran, Rusiya və Türkiyənin Vaşinqton tərəfindən sanksiyalara məruz edilməsini üçtərəfli əməkdaşlıqların genişləndirilməsi üçün güclü ortaqlıqlardan biri adlandırıb və deyiblər: İran və Rusiya siyasi və iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, Tehran iclasında əldə olunmuş anlaşmaları da ciddi formada izləməlidirlər.

 

Həzrət Ayətullahülüzma Xamenei sözlərinin davamında deyiblər: İran indiyə kimi nüvə anlaşması qarşısında öz öhdəliklərinə sadiq qalıb. Amma, Avropalılar öz öhdəliklərinə əməl etməyiblər. Bu qəbuledilməzdir.

 

İnqilab Rəhbəri əlavə ediblər: İran nüvə anlaşması qarşısında ölkənin və xalqın xeyrinə olan bir mövqe sərgiləyəcək.

 

İslam İnqilabının Böyük Rəhbəri həmçinin deyiblər: Amerikalılar 40 ildir ki, İran İslam Respublikasının köklərini qurutmağa çalışırlar. Amma, biz bu müddət ərzində 40 dəfədən çox inkişaf etmişik. İran İslam Respublikasının müqaviməti və uğurları ABŞ-ın cilovlanılması üzrə uğurlu nümunələrdən sayılır.

 

Həzrət Ayətullahülüzma Xamenei həmçinin Rusiyanın regionun digər məsələlərində də təşəbbüskarlığı ələ ala biləcəyini deyərək, Yəmən xalqının acınacaqlı durumuna və bu ölkə əhalisinin Ali-Səud tərəfindən qırğın edilməsinə işarə ediblər.

 

"Səudiyyəlilər heç şübhəsiz Yəməndə öz istəklərinə çata və Yəmənin mübariz xalqını təslim olmağa məcbur edə bilməyəcəklər" - deyə İnqilab Rəhbəri bildiriblər.

 

Rusiya prezidenti də bu görüşdə nüvə anlaşmasının bəzi tərəflərinin öz öhdəliklərinə sadiq qalmamalarını təəssüfləndirici hal adlandırıb və deyib: Amerikalılar öz yersiz rəftarları ilə vəziyyəti korladılar . Avropalılar da Amerikadan asılı olduqları üçün praktiki olaraq Vaşinqtona tabedirlər. Baxmayaraq ki, nüvə anlaşmasını qorumaq üçün çıxış yolu axtardıqlarını deyirlər.

 

http://shabestan.ir/detail/News/726360

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده