خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, September 08, 2018 Xəbər kodu : 34661
Şəbestan xəbər agentliyi xəbər verir:
Ərbəin yürüşü İran konsulluğuna hücum edənlərin əsas məqdəsi
İslam dünyasının ən böyük güc-qüvvə və həmrəylik simvolu sayılan Ərbəin yürüşü müsəlmanlar arasında ixtilaf yaradan hiyləgərlər tərəfdən hədəfə alınıb və Bəsrədəki İran İslam respublikasının konsulluğuna hücum etməklə Ərbəin zəvvarlarının təhlükədə olduğunu bildirmək istəyirlər.

Şəbistan xəbər agentliyinin xarici siyasət bölməsinin verdiyi xəbərə əsasən Səddam Hüseynin hakimiyyətindən sonra İran və İraq əlaqələri regionun dövlətlərini heyrətə gətirib. İranın məsləhət komitəsinin bu dövlətdə olması terroristlərin İraqdan çıxırılmasına yardım etdi. Amma bir neçə vaxtdır ki, hiyləgərlər bu əlaqələri pozmaq istəyirlər. Buna görə də müxtəlif yollara əl atırlar.

 Hiyləgərlərin bu əlaqəni pozmaq üçün atdıqları ilk addım iki dövlətin xalqı  arasında pisixi müharibə yaratmaqdır. Bu xalq İraqla səkkiz il müharibə etmələrinə baxmayaraq, dostluq hətta qohumluq əlaqələrini pozmadı. Sözügedən psixi müharibə müxtəlif formalarda məsələn: iraqlıların Məşhədə səfəri və ya İranın şimal məntəqələrinə səfəri formasında yayılıb. Bu yolla insanları düşüncələrini azdırmaq istəyirlər. Digər tərəfdən də Ərəbistan bəzi hərəkətlərlə bu əlaqəyə xələl gətirmək istəyir. Bu sahədə görülən işə dünən Bəsrə şəhərindəki İran konkulluğuna hücumu göstərmək olar.

 İslam dünyasının ən böyük güc-qüvvə və həmrəylik simvolu sayılan Ərbəin yürüşü müsəlmanlar arasında ixtilaf yaradan hiyləgərlər tərəfdən hədəfə alınıb və Bəsrədəki İran konsulluğuna hücum etməklə Ərbəin zəvvarlarının təhlükədə olduğunu bildirmək istəyirlər.

http://shabestan.ir/detail/News/726439

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده