خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, August 25, 2018 Xəbər kodu : 34659

Ruhani: İran xalqı vəhdət və dirənişlə düşmənlərin məkirli planlarını puça çıxartdı
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti deyib: İran xalqı birlik və dirənişlə sionist lobbisinin cəhdləri və Amerikanın məkirli planlarını puça çıxartdı.

Şəbistan Xəbər Agentliyinin İRNA-ya istinadən verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani bu gün hökumət həftəsinin ikinci günündə İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin(r.ə) məqbərə kompleksini ziyarət edərkən deyib: İran xalqı Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə də düşmənlərin məkirli planlarını puça çıxara bildi.

 

İİR prezidenti bu günərin əcnəbilərin məkirli planları qarşısında İranın çətin günləri olduğunu bildirərək deyib: Düşmənlər qarşısında dayanmaq, hamımızın vəzifəsidir və şübhəsiz vəhdətlə İran xalqı problemləri ötüb-keçəcək.

 

İranın icra aparatının başçısı deyib: Hazırkı şəraitdə İmam Xomeyninin(r.ə) yolu və amallarının yenidən nəzərdən keçirilməsi, imamın İran xalqına öyrətdiyi yolun öyrənilməsi vacibdir.

 

İİR prezidenti Həsən Ruhani nazirlər kabinetinin üzvləri ilə birlikdə İranda hökumət həftəsinin ikinci günündə İmam Xomeyninin(r.ə) məqbərə kompleksini ziyarət edərək o həzrətin məzarı üstə əklil qoyub, fatihə oxuyub və İran islam inqilabının memarının ammallarına sədaqətini bir daha vurğulayıb.

 

http://shabestan.ir/detail/News/723461

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده