خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Saturday, August 25, 2018 Xəbər kodu : 34658

İran prezidenti və nazirlər kabinetinin üzvləri İmam Xomeyninin(r.ə) məzarını ziyarət ediblər
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti nazirlər kabinetinin üzvləri ilə birlikdə bu gün İran İslam Respublikasının banısı Həzrət İmam Xomeyninin(r.ə) məzarını ziyarət ediblər.

 

Şəbistan Xəbər Agentliyinin İRNA-ya istinadən verdiyi məlumata görə, İİR prezidenti və nazirlər kabinetinin üzvləri hökumət həftəsinin ikinci günündə İmam Xomeyninin( r.ə) məzarını ziyarət edərək məzarı üstə əklil qoyub fatihə veriblər və o həzrətin amallarına sadiq qaldıqlarını təkrar nümayiş etdiriblər.

 

İİR prezidenti və nazirlər kabinetinin üzvləri həmçinin islam inqilabının əsas simalarından olan ayətullah Haşimi Rəfsəncani eləcə də islam inqilabı şəhidlərinin məzarlarını da ziyarət ediblər.

 

İranın icra aparatının başçısı və üzvləri şəhid Məhəmmədəli Rəcayi, şəhid Cavad Bahünər və şəhid məhəmməd Hüseyn Beheştinin məzarlarını da ziyarət edərək onların ruhuna fatihə oxuyublar.

 

İran İslam Respublikasının prezidenti və baş naziri olmuş Məhəmmədəli Rəcayi və Məhəmməd Cavad Bahünər 1981-ci ildə  terrorçu münafiqlər güruhu tərəfindən baş nazir ofisində  törədilmiş terrorçu partlayış nəticəsində şəhid oldular. Bu şəhidlərin xatirəsini anmaq üçün Avqustun 24-30-cu günləri hökumət həftəsi kimi qeyd olunur.

 

http://shabestan.ir/detail/News/723459

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده