خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, August 25, 2018 Xəbər kodu : 34657

Tehran cümə namazı xütbələri
Şəbistan Xəbər Agentliyi: Tehranın müvəqqəti imamcüməsi bildirib ki, Amerika sionist rejimin təhlükəsizliyindən nigarandır. O, deyib: Amerika və sionist rejimin azacıq axmaqlığı onları peşman edəcək və müqavimət qüvvələrinin minlərlə raketi Təl-Əvivi yerlə yeksan etməyə hazırdır.

 

Amerika və sionist rejimin azacıq axmaqlığı onları peşman edəcək

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə,  Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində İslam İnqilabının Böyük Rəhbərinin "Müharibə baş verməyəcək, zira amerikalılar bilirlər ki, bu müharibə yüz faiz onların zərərinə qurtaracaq" cümləsinə işarə edərək, deyib: İran İslam Respublikasının hərbi və önləyicilik qüdrəti Amerikanı İranla müharibədən çəkindirən mühüm amildir.

 

Movəhhedi Kermani bildirib ki, Amerika Asiyanın qərbində öz maraqları ardıncadır. O, əlavə edib: Amerika dövləti nüvə anlaşmasında sübut etdi ki, bu ölkəyə etimad etmək və onlarla müzakirəyə girmək olmaz.

 

Tehranın cümə namazı xitabətçisi deyib: Amerika və Qərb ölkələri əks-inqilabçı terror qruplaşmaları ilə yanaşı ümid edirlər ki, islami quruluşa zərbə vuracaqlar, amma onlar uğursuz qalacaqlar və İran xalqı İslam İnqilabından əl çəkməyəcəkdir.

 

http://shabestan.ir/detail/News/723390

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده