İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının din işləri naziri Şeyx Salah bin Əbdüləziz bin Muhəmməd əş-Şeyx qeyd edib ki, hətta İsrail rejimi belə bir müsəlman ölkəsindən fərqli olaraq Məkkəyə gələrək Həcc əməllərini yerinə yetirmək istəyənlərə mane olmur. Nazir həmin ölkənin adını açıqlamayıb.
“Allah həccə mane olanları cəzalandıracaq.”, - deyə səudiyyəli nazir bildirib.
Nazirin Qətəri nəzərdə tutduğu ehtimal edilir. Bu il təxminən 500 qətərli həcc üçün Məkkəyə gəlib. KİV-lərin məlumatına görə, onlar Qətərdən çıxarkən öz səyahətlərinin məqsədlərini gizlədiblər.Onlar bütün lazımi sənədləri Küveytdə hazırlayıblar. Qətərli zəvvarlar vətənlərində problemlərlə üzləşməmələri üçün video və foto çəkilişin aparılmamasını istəyiblər.
Xatırladaq ki, Həcc dövrünün başlamasından öncə, Qətər və Səudiyyə Ərəbistanı bir-birilərini ziyarətə mane olmaqda ittiham edirdilər. Qeyd edək ki, artıq bir ildən çoxdur ki, bu iki ölkə arasında əlaqələrə xitam verilib, Səudiyyə Qətəri blokadaya alıb