خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Friday, August 24, 2018 Xəbər kodu : 34650

Həcc əməli Həzrət Adəmdən (ə) 2000 əvvəl müəyyən olunmuşdur
Zərarə bir gün İmam Sadiqə (ə) deyir: “Mən 40 ildir ki, Sizdən həcc barəsində bəzi məsələləri soruşuram və siz də fətvalar buyurursunuz.

Zərarə bir gün İmam Sadiqə (ə) deyir: “Mən 40 ildir ki, Sizdən həcc barəsində bəzi məsələləri soruşuram və siz də fətvalar buyurursunuz.

İmam (ə) buyurur: “Həcc məsələsi Həzrət Adəmin (ə) yaradılışından iki min əvvəl bəyan edilmişdir. Sən istəyirsən ki, onun mövzularını 40 ildə sona çatdıraq?”.

Bu hədisdən göründüyü kimi, həcc əməli insanlıq meydana gəlməzdən əvvəl mövcud imiş və bu barədə ərş qatında şərhlər verilirmiş.

 

Zərarə nəql edir: “Mən İmam Baqir (ə) ilə birlikdə Kəbə evinin kənarında əyləşmişdim. O Həzrət (ə) buyurdu: “Kəbəyə baxmaq ibadətdir”.

Asəm İmama (ə) deyir: “Kəəb ul-Əhbar deyirdi ki, Kəbə hər səhər çağı Beytul-müqəddəsə səcdə edir”.

İmam (ə) ona buyurur: “Sən Kəəbin dedikləri barəsində nə düşürsən?”.

Asəm deyir: “Kəəb düz deyir”.

İmam (ə) buyurur: “Sən yalan deyirsən. Kəəb ul-Əhbar da yalan deyir”.

 

Həzrət (ə) qəzəbləndi. Və Zərarə deyir ki, mən indiyə qədər görməmişdim ki, Həzrət (ə) Asəm kimi kimisə bu qədər inkar etsin.

Sonra buyurdu: “Allah heç bir diyarı Kəbə kimi sevimli xəlq etməmişdir”.

Sonra mübarək əli ilə Kəbəyə işarə edib buyurdu: “Allah yanında Kəbədən dəyərlisi yoxdur”.

 

Kəbə evinin hər bir şeyi dəyərli və müqəddəsdir: torpağı, daşı, suyu, ağacları, dağları və sair. Heç bir yer dəyər baxımından ona çata bilməz. Bu yer vəhyin nazil olduğu və İslamın ilk cücərtilərinin baş qaldırdığı müqəddəs yerdir.

 

Baxmayaraq ki, illər boyu sellər və zəlzələlər Kəbə evinə ziyan vurmuşdur, ancaq Həcərul-əcvədi, İbrahim məqamını aradan apara bilməmişdir. Kəbə evi hər dəfə bir möcüzəvi şəkildə ziyanlardan xilas olmuşdur.

 

Zərarə hünlərin birində İmam Baqirdən (ə) soruşur: “Siz Hüseyn ibni Əlini (ə) görmüsünüzmü?”.

Həzrət (ə) buyurur: “Bəli, yadımdadır ki, Kəbənin kənarında Həzrətin (ə) yanında idim. İnsanlar İbrahim məqamı haqqında bir çox fikirlər bəyan edirdilər. Bəziləri deyirdi ki, məqamı sel yumuşdur. Bəziləri deyirdi ki, məqam elə öz yerində qalmışdır.

 

İmam Hüseyn (ə) mənə buyurmuşdu: “İnsanlar nə edirlər?”.

Dedim: “Qorxurlar ki, sel məqamı yuyub aparar”.

Həzrət (ə) nida etdi ki, “Allah, məqamı Öz əlamətlərindən qərar vermişdir, heç bir zaman aradan gedə bilməz. Sakit olun!”.

(İnsanlar bu sözlərdən sonra sakit oldular)”.

 

Bələliklə deyə bilərik ki, bu müqəddəs məkan Allahın dünyada xəlq etdiyi ilk məbəd olmuşdur. Onun qədim tarixi vardır. Həzrət İbrahim (ə) və Həzrət İsmayil (ə) kimi böyük peyğəmbərlər (ə) onu inşa etmək üçün səy göstərmiş və Zəmzəm suyunun bu torpaqlara can verməsinə səbəbkar olmuşdular. Bu məkan müqəddəsdir və onun hər bir şeyi əziz və dəyərlidir: suyu, havası, torpağı, daşı və sair. (Həvzəh)

 

Uzun əsrlər boyu bu məkanın öz hörmətini itirməməsi və təbii hadisələrin ona təsir etməməsi və ya az ziyan vurması onun bir daha müqəddəs olmasından xəbər verir.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده