خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Friday, August 24, 2018 Xəbər kodu : 34639

Ayaqqabıda namaz qılmaq olarmı?
Namaz ən üstün və vacib ibadətlərdən biridir, möminin Allahla görüşü və meracı sayılır. Təbii ki, bəndə Allahla görüşə layiqli tərzdə gəlməlidir.

Oxucu sual verir: Ayaqqabıda namaz qılmaq olarmı?

Namaz ən üstün və vacib ibadətlərdən biridir, möminin Allahla görüşü və meracı sayılır. Təbii ki, bəndə Allahla görüşə layiqli tərzdə gəlməlidir. Ayaqqabı ilə namaz qılmaq ən zəruri halları çıxmaq şərti ilə icazəli sayılmır. Çünki əvvəla, ayaqqabının altı adətən kirli, toz-torpaqlı və hətta bəzən nəcasətə bulaşmış olur. Namaz zamanı təmiz və səliqəli geyimdə olmaq mühüm məsələdir.

İkincisi, namazın səcdəsində ayaqların baş barmaqları yerə dəyməlidir. Ayaqqabıların bir çoxunda isə bu zaman baş barmaqların yerə toxunması mümkün olmur, barmağın ucu ilə ayaqqabının ucu arasında boş yer qalır. Lakin əgər ayaqqabının altı təmizdirsə və səcdə zamanı barmaq yerə toxunursa, ayaqqabı ilə namaz qılmaq günah olmaz. Buna zərurət hallarında, məsələn, çox soyuq hava şəraitində və ya ayaqqabını çıxararkən oğru tərəfindən aparılacağı təhlükəsi olduğu halda icazə verilir.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده