خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Friday, August 24, 2018 Xəbər kodu : 34634

Halal ruziyə haram qatmayaq!
İslamın təkidlə vurğuladığı əsas göstərişlərdən biri də haram qazancdan üz çevirmək və halal ruzi qazanmaqdır.

İslamın təkidlə vurğuladığı əsas göstərişlərdən biri də haram qazancdan üz çevirmək və halal ruzi qazanmaqdır.

Haram qazanc axirət əzabına səbəb olmaqla yanaşı, dünyada da acı təsirləri vardır. Məxsusən, ağır ötüşən və haram qazancların artdığı bu zəmanəmizdə iman əhli halal ruzi qazanmaq üçün diqqətli və tədbirli olmalıdır. “Qüdsi hədis”də belə oxuyuruq: “Həqiqətən, Allah-Taala yaratdıqları arasında ruzini halal şəkildə bölüşdürdü. Əgər bir kəs haramla qidalanarsa, bir o qədər halaldan məhrum olacaq və qiyamət günü də ağır cəzalara məruz qalacaq.” (“Üsuli-kafi”, (Darul-hədis) 9-cu cild, səh.547.)

Bir gün gələcək ki, adətən, yemək, içmək, geymək və digər gündəlik tələbatımıza xərc çəkdiyimiz qazanc, onun haradan qazanıldığı və hara xərclənildiyi haqda sorğu-suala tutulacağıq. Kaş insan həmin günü unutmayaydı:

يَوْمَ‏ تَأْتي‏ كُلُ‏ نَفْسٍ‏ تُجادِلُ‏ عَنْ‏ نَفْسِها وَ تُوَفَّى كُلُّ نَفْسٍ ما عَمِلَتْ وَ هُمْ لا يُظْلَمُون‏

“(Yadınıza salın ki,) o gün (qiyamət günü) hər kəs öz canının hayında olacaq, hər kəsə əməlinin əvəzi veriləcək və onlara heç bir haqsızlıq edilməyəcək!” (“Nəhl” surəsi, ayə 111.)

Haram qazancla dolanan insanın o gün vəziyyəti ağır olacaq:

خاشِعَةً أَبْصارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ذلِكَ الْيَوْمُ‏ الَّذي كانُوا يُوعَدُونَ

Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!” (“Məaric” surəsi, ayə 44.)

Qurani-Kərimin vəd etdiyi o günü xatırlamalı, o gündən qorxmalı, haram qidadan çəkinməli, özümüz və əhli-əyalımız üçün halal ruzi qazanmalıyıq!

HARAM MALDA BƏRƏKƏT OLMAZ

İmam Hadi (ə) buyurur:

إِنَ‏ الْحَرَامَ‏ لَا يَنْمِي‏ وَ إِنْ نَمَى لَا يُبَارَكُ لَهُ فِيهِ وَ مَا أَنْفَقَهُ لَمْ يُؤْجَرْ عَلَيْهِ وَ مَا خَلَّفَهُ كَانَ زَادَهُ إِلَى النَّارِ

“Haram mal artmaz və əgər artarsa, heç vaxt bərəkəti olmaz. Əgər həmin maldan Allah yolunda xərc çəkilərsə, savab verilməz və həmin maldan onun sahibinin ölümündən sonra çəkilən xərc axirətdə onun əzabını artırar.” (“Üsuli-kafi”, 5-ci cild, səh.125.)

Bizim zamənəmizdə qeyri-halal malın nümunələri olduqca çoxdur, o cümlədən; xüms və zakt verməyən şəxsin malı, rüşvət, sələm, saf mal adı ilə qatqılı mal satmaq və s. Bu sayaq malların cəmiyyət arasında rəvac tapması acı nəticələrlə, xüsusən də, bərəkətsizliklə sonuclanır.

XƏBƏRDARLIQ SİQNALI

İmam Əli (ə) məmurlarından birinin “beytül-mal”ın (ümumi gəlir) xərcində ədalətsizliyə yol verdiyi haqda məlumat əldə etdikdə, onu danlayır və hesabat verməsini tələb edir:

فَقَدْ بَلَغَنِي عَنْكَ أَمْرٌ إِنْ كُنْتَ فَعَلْتَهُ فَقَدْ أَسْخَطْتَ رَبَّكَ وَ عَصَيْتَ إِمَامَكَ وَ أَخْزَيْتَ أَمَانَتَكَ بَلَغَنِي أَنَّكَ جَرَّدْتَ الْأَرْضَ فَأَخَذْتَ مَا تَحْتَ قَدَمَيْكَ وَ أَكَلْتَ مَا تَحْتَ يَدَيْكَ فَارْفَعْ إِلَيَّ حِسَابَكَ وَ اعْلَمْ أَنَّ حِسَابَ اللَّهِ أَعْظَمُ مِنْ حِسَابِ النَّاسِ

“Mənə səndən bir iş barəsində xəbər çatıb ki, əgər onu etmisənsə, Rəbbini qəzəbə gətirmiş, İmamına qarşı itaətsizlik etmiş və əmanətini xar etmisən. (Öz işində xəyanət etmisən və artıq, hakimlik ləyaqətini itirmisən.) Mənə (xəbər) çatıb ki, sən yeri silib-süpürmüsən. (Ağac və əkinəcəklərin məhsullarını özün üçün götürmüsən və rəiyyətə bir şey verməmisən.) Sonra ayaqlarının altında olan hər bir şeyi götürmüsən və əllərində olanı yemisən. (Beytül-malı özün üçün yığmısan.) İndi öz (mədaxil və məxaricinin) hesabını mənə göndər və bil ki, Allahın (qiyamət günü)hesabatı xalqın hesab-kitabından daha böyükdür.” (“Nəhcül-bəlağə”, 40-cı məktub.)

Bu məktubun qarşı tərəfi müəyyən fərd, başqa sözlə, məmurlar və məsul vəzifəli şəxslər olsa da, unutmamalıyıq ki, hamımız bu xitaba şamilik.

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده