خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Friday, August 24, 2018 Xəbər kodu : 34633

Əhli-Beytə (ə) məhəbbətin təsirləri
“Allah kimə Əhli-beytimin məhəbbətini ruzi verərsə, şübhəsiz, dünya və axirət xeyrini əldə etmiş və onun behişt əhli olacağında bir şübhə yoxdur. Əhli-beytimə məhəbbətin iyirmi faydası vardır ki, onu dünyaya, onu da axirətə aiddir.”

Əbu Səid Xudri Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişdir:
 
مَن رَزَقَهُ اللّه‏ُ حُبَّ الأَئِمَّةِ مِن أهلِ بَيتي فَقَد أصابَ خَيرَ الدُّنيا وَالآخِرَةِ، فَلا يَشُكَّنَّ أحَدٌ أنَّهُ فِي الجَنَّةِ، فَإِنَّ في حُبِّ أهلِ بَيتي عِشرينَ خَصلَةً، عَشرٌ مِنها فِي الدُّنيا، وعَشرٌ مِنها فِي الآخِرَةِ.
 
“Allah kimə Əhli-beytimin məhəbbətini ruzi verərsə, şübhəsiz, dünya və axirət xeyrini əldə etmiş və onun behişt əhli olacağında bir şübhə yoxdur. Əhli-beytimə məhəbbətin iyirmi faydası vardır ki, onu dünyaya, onu da axirətə aiddir.”
 
أمَّا الَّتي فِي الدُّنيا: فَالزُّهدُ، وَالحِرصُ عَلَى العَمَلِ، وَالوَرَعُ فِي الدّينِ، وَالرَّغبَةُ فِي العِبادَةِ، وَالتَّوبَةُ قَبلَ المَوتِ، وَالنَّشاطُ في قِيامِ اللَّيلِ، وَاليَأسُ مِمّا في أيدِي النّاسِ، وَالحِفظُ لِأَمرِ اللّه‏ِ ونَهيِهِ عَزَّوجَلَّ، وَالتّاسِعَةُ بُغضُ الدُّنيا، وَالعاشِرَةُ السَّخاءُ.
 
“Dünyəvi faydaları bunlardır: zöhd, çalışqanlıq, dində pərhizkarlıq, ibadətə rəğbət, ölümdən qabaq tövbə, gecələri oyaq qalma şövqü, mal-dövlətə rəğbətsizlik, (ilahi) əmr və qadağalara riayət, (doqquzuncusu) dünyaya düşmən mövqe və (onuncusu) səxavət.”
 
وأمَّا الَّتي فِي الآخِرَةِ: فَلا يُنشَرُ لَهُ ديوانٌ، ولا يُنصَبُ لَهُ ميزانٌ، ويُعطى كِتابَهُ بِيَمينِهِ، وتُكتَبُ لَهُ بَراءَةٌ مِنَ النّارِ، ويَبيَضُّ وَجهُهُ، ويُكسى مِن حُلَلِ الجَنَّةِ، ويُشَفَّعُ في مِائَةٍ مِن أهلِ بَيتِهِ، ويَنظُرُ اللّه‏ُ عَزَّوجَلَّ إلَيهِ بِالرَّحمَةِ، ويُتَوَّجُ مِن تيجانِ الجَنَّةِ، وَالعاشِرَةُ يَدخُلُ‏الجَنَّةَ بِغَيرِ حِسابٍ، فَطوبى لِمُحِبّي أهلِ بَيتي.
 
“Axirət faydaları isə bunlardır: onun əməl dəftəri araşdırılmaz, ona mizan-tərəzi qurulmaz, əməl dəftəri sağ əlinə verilər, cəhənnəmdən bəraət verilər, üzüağ olar, behişt libası geyinər, öz yaxınlarından yüz nəfərə şəfaət etməyə icazə verilər, Allah ona rəhmət gözü ilə baxar, başına behişt tacı qoyular və (onuncusu) sorğusuz behiştə gedər. Belə isə xoş Əhli-beytimi sevənlərin halına!” (“Əl-xisal”, səh.515, hədis: 1; “Rövzətül-vaizin”, səh.298.)
 
Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده