خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, August 23, 2018 Xəbər kodu : 34623

Fars məscid mərkəzlərində mübarək Qurban bayramı keçirildi
Şəbistan xəbər agentliyi: Fars məscidlərinin mədəniyyət və incəsənət mərkəzlərinin katiblik məsulu mübarək Qurban bayramının yetişməsi münasibəti ilə təbrik söyləyərək dedi: Qurban bayramı müsəlmanların böyük bayramlardan biridir ki, İslamın böyük şəxsiyyətləri tərəfindən ona çox əhəmiyyət verilmişdir. Çünki Qurban bayramının fəlsəfəsi Mütəal Allahın qarşısında tamamilə təslim olmaqdır. Mübarək Qurban bayramı mərasimi və "Nur tilavəti" planı Fars məscid mərkəzlərində keçirildi.

Fars məscidlərinin mədəniyyət və incəsənət mərkəzlərinin katiblik məsulu Höccətül-islam Hüseym Ümidi mübarək Qurban bayramının yetişməsi münasibəti ilə təbrik söyləyərək Şəbistan xəbər agentliyinin Şiraz bürosunun jurnalistinə dedi: Həzrət İmam Hüseynin (ə) Ərəfə duasının oxunması mərasimi mindən çox Fars məscidlərinin mədəniyyət və incəsənət mərkəzində təşkil olundu.

O, qeyd etdi ki, Ərəfə gününün gecəsi və gündüzündə "Nur tilavəti" planının qiraət mərasimi Fars məscidlərinin mədəniyyət və incəsənət mərkəzlərində təşkil olundu. Həmçinin bu mərasimin savabı Həzrət Müslim İbn Əqilin (ə) pak ruhuna hədiyyə edildi. Mübarək Qurban bayramı mərasimi və "Nur tilavəti" planı Fars məscid mərkəzlərində keçirildi. Bu mərasimin savabı da Həzrət İbrahim (ə) və Həzrət İsmailin (ə) pak ruhlarına hədiyyə edildi.  

Bu qeyd olundu ki, Qurban bayramı müsəlmanların böyük bayramlardan biridir ki, İslamın böyük şəxsiyyətləri tərəfindən ona çox əhəmiyyət verilmişdir. Çünki Qurban bayramının fəlsəfəsi Mütəal Allahın qarşısında tamamilə təslim olmaqdır. Ümidvarıq ki, hər birimiz bu bayramın həqiqətinə varacayıq.

http://shabestan.ir/detail/News/723368

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده