Servis Əsas səhifə |
|
Zaman : |
Thursday, August 23, 2018 |
|
Xəbər kodu : |
34621 |
Məscid və mədəiyyət
Şəbistan Xəbər Agentliyi: Məscidlərə yığışan istedadlı şəxslər himayət edilməli, məscidlər kitabxana ilə təchiz olunmalıdırlar və məscidlərdə mədəni müsabiqələr ilə təşkil edilməlidir.
|
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda fəaliyyət göstərən məscidlərin mədəniyyət və incəsənət otaqlarının baş idarəsinin sədri höccətül - islam vəl – müslimin Həmid Rza Ərzani məscid fəaliyyətləri ilə bağlı bir sıra örnək və meyarlar göstərmişdir.
O mədəniyyət və məscid əlaqələrindən danışarkən bildirir ki, məscid mədəniyyətin formalamasında rol oynayan bir durumdur, məscidin fəaliyyətində bir çox məsələlərə diqqət yetirmək lazımdır.
O məscidin imam camaatını məscidin əsas sütunu sayaraq qeyd edir ki, ruhanilər ölkədə mədəni hərəkatın formalaşmasında rol oynamalıdırlar.
Dindar qüvvələrin yetişdirilməsini məscidlərdə təbliqat və təlimat işlərinin gücləndirilməsini və bütün bunların mədəniyyət və incəsənətin formasında bütün şəhər və kəndlərdə aparılmasını zəruri sayan rəsmi bildirib ki, dini mədəni fəaliyyətlər məscidin əsas funksiyasını təşkil edir. Məscidlərə yığışan istedadlı şəxslər himayət edilməli, məscidlər kitabxana ilə təchiz olunmalıdırlar və məscidlərdə mədəni müsabiqələr ilə təşkil edilməlidir.