خبرگزاری شبستان

سه شنبه ۳۱ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٧ رمضان ١٤٤٠

Tuesday, May 21, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, August 22, 2018 Xəbər kodu : 34597

Özünü çətinə salmağın aqibəti
Şəbistan Xəbər Agentliyi: Bəzən bisavad insan özünü savadlı göstərmək istəyir və ya fəqir və yoxsul bir adam zənginlərin, var- dövlətli insanların ədasını çıxardır. Bunun üçün özünü artıq və yersiz zəhmətə salır. Çox təəssüf olsun ki, bu gün belə hallar çoxalıb, yəni bəziləri zahiri görkəmləri ilə gözdən pərdə asaraq özlərini başqa cür göstərməyə çalışırlar.

 

İmam Səccadın (ə) Allaha pənah apardığı daxili xəstəliklərdən də biri təkəllüf, yəni özünə yük olmaqdır. Belə ki, Allaha söyləyir: İlahi, Pərvərdigara, başqasına yük olmaqdan, ağırlıq etməkdən sənə pənah aparıram.

 

 

Təkəllüf, yəni özünü yersiz, bihudə zəhmət və məşəqqətə atmaq, başqa dsözlə desək özünü göstərmək, zahirpərəstlik, başqa şəkildə həyatını cilvələndirmək.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu sözləri tanınmış xətib Höccətül - islam vəl - müsliminNasir Rəfii söylədiyi xütbələrin birində dedi.

 

 

O əlavə etdi: Məsələn bəzən bisavad insan özünü savadlı göstərmək istəyir və ya fəqir və yoxsul bir adam zənginlərin, var- dövlətli insanların ədasını çıxardır. Bunun üçün özünü artıq və yersiz zəhmətə salır. Çox təəssüf olsun ki, bu gün belə hallar çoxalıb, yəni bəziləri zahiri görkəmləri ilə gözdən pərdə asaraq özlərini başqa cür göstərməyə çalışırlar. Deməli, təkəllüf bir növ gözdən pərdə açmaq, başqa sinifin adət və ənənələrini özünə qəbul etdirmək üçün özünü zəhmətə salmaqdır. Quran da bunu pisləyir.

 

http://shabestan.ir/detail/News/722727

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده