Məscid hərəkət, dinamika və mədəni yüksəliş ocağıdır. Nəfslə mübarizə, ruhu saflaşdırmaq yeridir. Düşmən elə bundan qorxur.
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu sözləri Beynəlxalq Məscid Günü ilə bağlı tədbirdə çıxış edən Höccətül - islam vəl - müslimin Əli Qabil dedi.
O, bəyan etdi ki, məscidlərdə bəzi bəyənilməyən rəftarlar kənara qoymalıyıq. Məscidlər Allahın evləridir. Lakin bəzi hərəkətlər göstərir ki, məsciddə sanki Allah yoxdur , yəni bura Allahın evi deyil sanki...
Məsələn: bəzi məscidə yığışanlar şəxsi mülkləri kimi məscidlə rəftar edirlər. Kimisə yaxına buraxmırlar. Hətta bəzi ruhanilər tərəfindən də aqresiv addımların şahidi oluruq. Bir halda ki məscidin ruhanisi xalqın sirdaşı olmalıdır. İnsanlara yaxın olmalıdır. Belə ki, ruhanilər məscid işləri üçün vaxt ayırmalıdırlar. Namazdan qabaq, namazdan sonra məscid oturaraq insanlarla həmdəm olmalıdırlar.
http://shabestan.ir/detail/News/722855