Servis Əsas səhifə |
|
Zaman : |
Thursday, August 16, 2018 |
|
Xəbər kodu : |
34507 |
Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin verdiyi xəbərə görə Həsən Mollayinin qələmə aldığı "Biz müntəzirik (Həzrət Ayətullah Xameneinin təfəkküründə Məhdəviyyət günəşi) " kitabında " yazılır:
İmam Zaman (ə) bütün bəşərin fərəcə nail olması üçün zühur edəcək və insanı bataqlıqdan çıxaracaq və dünya xalqlarını xilas edəcək. Bəlkə bəşərin gələcək tarixini xilas edəcəkdir. Bunun mənası budur ki, bu gün saysız insanların zülmə məruz qaldıqları, saysız ürəklərin azğınlığa uğradığı və çoxlu insanların ibadət etmə fürsətini əldən verdikləri hal-hazırkı quruluşa İmam Zamanın (ə) zühurunun intizarını çəkənlər etiraz edirlər.
Hazırkı dövr bəşər həyatının ən qaranlıq dövrüdür
Dünya bəşərin uzun tarixi boyu bir çox qara dövrlər görmüşdür. Amma bəşər tarixinin ən qaranlıq və ən acı dövrü hal-hazırkı dövrdür. Bu heç bir şəkk-şübhə yoxdur. Bunun əsas səbəbi böyük şeytani qüvvələrin insan həyatına müsəllət olmasıdır. Əgər siz dünyanın vəziyyətinə baxsanız bu məsələ sizə aydın olacaq.
Hazırkı dövrdə zalımlar dünyanın güclərini öz aralarında bölüblər. Onların dünyanın müxtəlif regionlarına olan hakimiyyəti günbəgün artır.
Məsələn: Bu gün Amerikanın şeytani qüvvələrinin insanların həyatına dəxalət etməsi həmişəkindən daha çoxdur. Onlar bütün önəmli işlərə dəxalət edirlər. Yalnız iqtisadi məsələlərə dəxalət etmirlər. Bəlkə dövlətlərin mədəni, siyasi və idarə sisteminə dəxalət edirlər.
http://shabestan.ir/detail/News/722026