خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, August 16, 2018 Xəbər kodu : 34505

Dini rəhbərlərin sadə yaşamasının fəlsəfəsi nədir?
Bildiyimiz kimi tarix boyu İslam Peyğəmbəri (s), Məsum İmamlarımız (ə) və eləcə də böyük din alimləri çox sadə həyata malik olmuş, təmtəraqdan qaçmışdılar. Bəs bu cür yaşamağın fəlsəfəsi nədir?

 

Bildiyimiz kimi tarix boyu İslam Peyğəmbəri (s), Məsum İmamlarımız (ə) və eləcə də böyük din alimləri çox sadə həyata malik olmuş, təmtəraqdan qaçmışdılar. Bəs bu cür yaşamağın fəlsəfəsi nədir?

 

Təbiidir ki, sadə yaşamaq insanların arasında mənəvi mədəniyyətin yayılmasına səbəb olan amillərdən birinə çevrilər. İnsanları hərislik tələsindən xilas edər. Çünki insanlar bu dahi insanları özləri üçün nümunə və örnək qərar verir və onlar kimi yaşamağa çalışırlar.

 

Din rəhbərlərinin sadə yaşayışı insanların sevgisini özünə cəlb edər və cəmiyyətdə ruhi hüzura gətirib çıxardar.

 

İmam Əli (ə) bir gün eşidir ki, Şərih Qazi 80 dinar miqdarında ev satın almışdır. O, bu xəbəri eşidən zaman Şərihə qəzəbli nəzərlər salır və buyurur: “Əgər bu evi alan zaman mənim yanıma gəlsəydin, sənin üçün belə bir sənəd yazardım ki, o evi almağa rəğbətin olmazdı.

 

Orada yazılardı: “Bu, o evdir ki, onu xar bəndə, bu dünyadan köçməkdə olan murdardan satın almışdır. Ondan elə ev almışdır ki, aldadıcı evlərdəndir. Qiyməti isə izzətə səbəb olan qənaətdən xaric olub, zillətə daxil olmaqdır””.

 

Əziz İmam (ə) bu buyuruşu ilə demək istəmişdir ki, zahidlik və qənaətdən xaric olub, hərislik tələsinə düşmək – cəmiyyətdə izzətsizliyin yayılmasına səbəb olar.

 

Ona görə Həzrət Əli (ə) buyuruşlarının əksər hissəsində insanları qənaətli və sadə həyata təşviq edərək, qənaəti hökumətin doğru hökumət olduğunu isbat edən amil kimi tanıtmış və buyurmuşdur: “Dövlət adamlarının qənaət etməsi kifayətdir”.

 

O kəs ki, sadə yaşamağa adət edər, haqq yolunda mübarizə aparmağa həmişə hazır olar. Bu cür insan batilçilər qarşısında daha şücaətli şəkildə dayana bilər.

 

Rəhmətlik İmam (r) bu haqda buyurur: “Əgər qorxusuz şəkildə batilin qarşısında dayanmaq istəyirsinizsə, haqqı müdafiə etmək istəyirsinizsə, şeytanların sizin ruhiyyənizə təsir qoymasını istəmirsinizsə - özünüzü sadə yaşamağa adət etdirin. Qəlbinizin mal və sərvətə olan meylindən çəkinin”.

 

O, başqa yerdə buyurur: “Millətləri üçün böyük işlər görmüş dahi insanların əksər hissəsi sadə yaşamış və dünyaya əlaqəsi olmamışdır”.

 

Ona görə də deyə bilərik ki, insanlar üçün örnək olan dahi insanların həyat tərzi, rəftar və baxışları çox mühüm amillərdəndir ki, birbaşa cəmiyyətə təsir qoyur. Əgər bu insanlar sadə yaşamağı seçirlərsə və özlərini buna adət etdirirlərsə - deməli, onların ardıcılları da rahat həyata malik olub, təmtəraqdan qaçacaqlar.

 

Əksinə, təmtəraqlı həyatı seçən dahi insanlar sanki ardıcıllarını zəhərləyən həkimlərə bənzəyirlər. Bu zəhər onları günü-gündən zəiflədər və məhv edər. (Tebyan)

 

Bu səbəbdəndir ki, Məsumlarımızın (ə) hamısı təmtəraqdan qaçmış, zahidlik və sadə həyatı seçmişdilər.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده