خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Thursday, August 16, 2018 Xəbər kodu : 34504

Həzrət Musanın (ə) elçiliyi necə olmuşdur?
Qurani-Kərimdə Həzrət Şuəybin (ə) qızlarının iffətli və pak ətəkli olmasını təsdiq edən ayələr mövcuddur. Bu ayələr həmin xanımların gözəl əxlaqından və iffətə riayət etməklərindən bəhs edir

Qurani-Kərimdə Həzrət Şuəybin (ə) qızlarının iffətli və pak ətəkli olmasını təsdiq edən ayələr mövcuddur. Bu ayələr həmin xanımların gözəl əxlaqından və iffətə riayət etməklərindən bəhs edir.

 

O zaman ki, Həzrət Musa (ə) Mədayinə qaçır, bu iki xanımı bulaq başında gözləyən zaman görür. Onlara yardım edib, heyvanları üçün su daşımalarına kömək edir. Onun bu rəftarı həm xanımların və həm də onların atası olan Şuəybin (ə) xoşuna gəlir.

 

Şuəyb (ə) Musanı (ə) görmək istəyir və qızlarından biri dilə gəlib deyir ki, onu özünə xidmətçi götür, çünki həm güclüdür, həm də etimad ediləsidir. Şuəyb (ə) də Musa (ə) ilə müqavilə bağlayır. Ona deyir ki, qızlarımdan birini sənə ərə verəcəyəm. Ancaq şərtim vardır. Budur ki, mənə səkkiz il xidmət edəcəksən və əgər on il tamam olarsa, səninlə işim olmayacaqdır. Musa (ə) da bu təklifi qəbul edir.

 

Bəs Musa (ə) bu cür evliliyi nə səbəbdən qəbul edir?

 

- Şuəybin (ə) qızları kişi ilə qadın arasında olan məhrəm-naməhrəm mövzularına diqqət edir və iffətlərini qoruyurdular.

- O zaman ki, qızlardan biri onu tərifləyir, Şuəyb (ə) də onu ərə getməyə uyğun görür.

- Musa (ə) o qızların həya və nəcabətini müşahidə etdikdən sonra, atalarının təklifinə müsbət cavab verir. (Tebyan)

 

Buradan bir daha bəlli olur ki, bir kişi evlənən zaman onun ən çox diqqət etməli olduğu mövzu – gələcək xanımının həyalı və nəcabətli olmasıdır.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده