خبرگزاری شبستان

سه شنبه ۳۱ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٧ رمضان ١٤٤٠

Tuesday, May 21, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, August 16, 2018 Xəbər kodu : 34500

İslamda reinkarnasiya (ruhun bir bədəndən digərinə keçməsi) qəbul edilirmi?
Dini mətnlərdə buna “tənasüx” deyirlər. Hinduizm, sintoizm, caynizm, daosizm kimi Şərq dinlərində tənasüx əqidəsi geniş yayılmışdır.

Oxucu sual verir: İslamda reinkarnasiya (ruhun bir bədəndən digərinə keçməsi) qəbul edilirmi?

Dini mətnlərdə buna “tənasüx” deyirlər. Hinduizm, sintoizm, caynizm, daosizm kimi Şərq dinlərində tənasüx əqidəsi geniş yayılmışdır.

Bu əqidəyə görə, ruhun hansı bədənə keçməsi onun əvvəlki bədəndə necə həyat sürdüyündən asılıdır. Yüksək insani dəyərlər əsasında ömür sürmüş şəxslərin ruhu yenidən insan bədəni əldə edir. Mənfi xislətli adamlar heyvan və bitki şəklində də dünya həyatına qayıda bilərlər. Çox zaman insanın xasiyyəti, onun ruhunun hansı heyvana keçməsini müəyyən edir. Qorxaq insanlar dovşan sifətində, qəddar şəxslər canavar şəklində, pinti və şəhvətpərəst adamlar isə donuz bədənində özlərinə yeni həyat qazanırlar.

Tənasüx İslam dinində inkar edilir. Dinimizə görə, ruh hər şəxsin fərdi xüsusiyyətidir, insanın mahiyyətidir. Əgər ruh bir bədəndən başqa bədənə keçərsə, axirətdə ona hansı bədəndəki həyatına görə əvəz veriləcək? Əgər ruhun yaşadığı həyatlardan birinə görə ona cəza verilsə, o biri “həyat mərhələlərinə” qarşı zülm edilmiş olar. Bu isə ilahi ədalətlə bir araya sığmaz.

Qurani-Kərimin aşağıdakı ayələri tənasüxün batil olduğunu sübut edir: “Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə zay etdiyim ömrümün müqabilində yaxşı bir iş görüm”. Xeyr, bu, onun dediyi boş bir sözdür. Dirilib duracaqları günə (qiyamət gününə) qədər onların önündə maneə vardır” (Möminun, 99-100).

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده