خبرگزاری شبستان

سه شنبه ۳۱ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٧ رمضان ١٤٤٠

Tuesday, May 21, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, August 15, 2018 Xəbər kodu : 34496

ABŞ-ın İrana qarşı sanksiyalarda məqsədinin müqaviməti zəiflətməkdir
Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İsrail rejiminə qarşı 33 günlük müharibədə müqavimətin tarixi qələbəsinin 12-ci ildönümü münasibətilə avqustun 14-ü axşam çıxış edib.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Nəsrullah Livan xalqı, mücahidləri, şəhidləri, veteranları, ordu birlikləri, qruplar və partiyaları, mediası və xüsusilə bu müharibədə gücü ilə onlara kömək edən İran İslam Respublikası və Suriyaya təşəkkür edib.

 

 

 

Seyid Həsən Nəsrullah bu qələbənin bir çox tənliyi dəyişdirdiyini və müqavimət cəbhəsinə qarşı aparılmaqda olan böyük müharibədə də Allahın köməyilə qalib olacaqlarını söyləyib.

 

 

 

Qarşıdakı günlərdə Livanın Əl-Hərməl bölgəsində təkfirçi qruplar və terrorizmin məhv edilməsinin birinci ildönümünü bayram edəcəklərini bildirən Seyid Həsən Nəsrullah, belə deyib: “2006-cı ildəki müharibənin hədəfi Əfqanıstan və İraqı işğal edən ABŞ-ın planını Suriya və İraq sərhədlərində tətbiq etmək idi, ancaq bu plan puç edildi”.

 

 

 

Bu plandan başqa müqaviməti hərbi yolla məhv etmək və ya təslim olmağa məcbur etmək üçün yeni bir planın tətbiq olunduğunu diqqətə çəkən Seyid Həsən Nəsrullah, elə lap əvvəldən Hizbullahdan tərksilah olub, Fələstin və Suriya sərhədində və Beyrut aeroportu və limanındakı çoxmillətli qüvvələrə qoşulmasını qəbul etməsini istədiklərini xatırladaraq, belə danışıb: “Livan aradan getsəydi, Suriya və Qəzzaya qarşı planlarını həyata keçirib, sonra İranı hədəfə almaq üçün təcrid etməklə də müqavimət cəbhəsini məhv edəcəkdilər”.

 

 

 

Hizbullahın lideri regionun 7 ildir ki, eyni hədəflər üçün müharibələrə cəlb olunduğunu və bu müharibələrin məqsədinin İsrail rejimini gücləndirmək olduğunu vurğulayıb.

 

 

 

Seyid Həsən Nəsrullah vurğulayıb ki, müqavimət bu gün həmişəkindən daha güclüdür: “İsrail rejimi bu gün Livanı əsas təhdid olaraq görüb, divarlar arxasında gizlənir, çünki qarşısında güclü və ciddi bir düşmənin olduğunu bilir. Hizbullah İsrail rejimindən daha güclüdür, çünki məsələ imkanlar məsələsi deyil, iman və inanc olaraq, sionistlərdən daha güclüyük”.

 

 

 

Son 7 ildə Suriyanın başqa üsulla devrilməsi üçün səylər edildiyinə diqqəti çəkən Seyid Həsən Nəsrullah, İsrail rejiminin Suriyaya qarşı müharibədə bu günə qədər qəti bir tərəfdaş olduğunu və Suriyanın cənubundakı terror təşkilatlarına hər cür dəstək verdiyini bildirib.

 

 

 

Seyid Həsən Nəsrullah İsrail rejiminin Dəməşqin onlar üçün bir dost paytaxtına çevrilməsinə ümid etdiyini, ancaq bu gün bütün arzu və xəyallarının puç olduğunu, dünyanın Qolanı Suriyaya verməyə hazır olduğu kimi, suriyalılarla görüşmək üçün də növbəyə düzüldüyünü qeyd edib.

 

 

 

Libermanın Hizbullah və İranın mövcudluğunun İsrail rejimi üçün böyük bir uğursuzluq və məğlubiyyət olduğunu deməsi, Netanyahuun bu gün İran və Hizbullahın Suriyadan çıxması üçün mübarizə aparmasına toxunan Seyid Həsən Nəsrullah, belə deyib: “Məğlub olmuş İsrail rejimi öz şərtlərini kimə sırımaq istəyir? Qələbə əldə etmiş Suriyaya, yoxsa Hizbullah və ya İrana? Bu ədəbsizlikdir”.

 

 

 

Hizbullahın lideri Suriya rəhbərliyinə quru və dəniz sərhədləri ilə bağlı məsələlərin həlli üçün edilən bir çox təzyiqin İsrail rejiminin xeyrinə olduğunu vurğulayaraq, artıq İsrail rejiminin öz şərtlərini Suriya və Livana təkid etmək vaxtının keçdiyini qeyd edib.

 

 

 

Hizbullahın baş katibi sözlərinin davamında, blokadaya baxmayaraq, Qəzzanın sağlam və güclü olduğunu, Qəzzanın hər gün əmin addımlarla fədakarlıq etdiyini söyləyib: “Bütün Fələstin xalqı “Əsrin müqaviləsi” planını rədd edir və heç bir fələstinli lider Qüdsü Sionist rejiminin paytaxtı kimi qəbul edən razılaşmanın imzalanması məsuliyyətini qəbul edə bilməz.

 

 

 

İraq ilə Suriyaya müdaxilə edən Səudiyyə rejimi, Livanın daxili işlərinə də qarışır. Halbuki, özü Kanadanın müdaxiləsinə qarşı çıxır! “Əsrin müqaviləsi” planının bir intihar olduğunu gördükləri vaxt isə, onu dəstəkləməkdən əl çəkdilər”.

 

 

 

Müqavimət cəbhəsi, İran, İraq və Suriyanın qələbəsinə və Yəmənin müqavimətinə diqqəti çəkən Seyid Həsən Nəsrullah, Səudiyyə rejiminin rəhbərliyindəki cəbhənin regionda məğlub edildiyini bildirib: “Bu gün Zahiyədən Saadadakı Zahiyan bölgəsinə müraciət edirəm. Sizi qətl edənlər, Qana və Livanda bizim uşaqlarımızı qətlə yetirənlərdir. Livanda bizim qanımızı axıdanlardır. Livanda uşaq və qadınlarımızın axan qanı müzəffər olduğu kimi, Yəməndə də sizin qadın və uşaqlarınızın qanı qalib olacaq”.

 

 

 

Hizbullahın baş katibi Səudiyyə rejiminin, hətta Türkiyə ilə də böyük probleminin olduğunu qeyd edərək, Səudiyyə rejiminin əsasının İslam dünyası ilə problemlər təşkil etdiyini bildirib: “Səudiyyə rejiminin Pakistanda milyardlarla dollar xərclədiyi baş nazir, indi həbsxanadadır. Bu ölkədə yeni baş nazirin rəhbərliyi altında qurulacaq hökumət isə, İran, Fələstin və Yəmən məsələlərinə qarşı insaflı mövqeyə malikdir”.

 

 

 

“2006-cı ildəki müharibə və son illərdəki müharibələrdə məqsəd - regionu ABŞ-ın istilasına keçirməkdir”, - deyən Seyid Həsən Nəsrullah, belə davam edib: “Müharibəyə başlayacaqları təqdirdə uduzacaqlar və biz müharibədən qorxmuruq, bunun üçün hazırlığımız var və qələbə qazanacağıq!”

 

 

 

Hizbullahın lideri sözlərinin digər hissəsində, ABŞ-ın İrana qarşı sanksiyalarda məqsədinin müqaviməti zəiflətmək olduğunu bildirib.

 

 

 

Trampın İranın daxilində ixtişaşlar törətmək üçün tətbiq etdiyi iqtisadi sanksiyalarına toxunan Seyid Həsən Nəsrullah belə danışıb: “Onlar İranın daxilində iğtişaşlar törətməyə ümid edirlər, lakin bu xülyaya qapılıblar. İran İslam inqilabı qələbə əldə edəndə dünya İran nizamının 6 ay sonra olmayacağını dedi, ancaq ayaqda qaldı. İran 1979-cu ildən etibarən sanksiyalara məruz qalmışdır”.

 

 

 

Bu gün İranın həmişəkindən daha güclü olduğunu qeyd edən Hizbullahın lideri, heç vaxt İrana zərbə vura bilməyəcəklərini, çünki İran nizaminin güclü və möhkəm olduğunu və öz millətini qoruduğunu qeyd edib.

 

 

 

“İran barədə xəyal edənlər İran millətini və rəsmilərini tanımırlar”, - deyən Seyid Həsən Nəsrullah, Amerika rəhbərliklərinin bütün axmaqlıqlarının İranın güclənməsi ilə nəticələndiyini vurğulayıb.

 

 

 

Seyid Həsən Nəsrullah bundan başqa, sanksiyaların iradə, güc və qətiyyətlərinə bir xələl gətirməyəcəyini, bu gün daha güclü olub, problemləri geridə qoyacaq imkanlara malik olduqlarını qeyd edib.

 

 

 

Hizbullahın baş katibi sözlərinin son hissəsində, Livanda yeni hökümətin qurulması üçün dialoqa vurğu edərək, ölkənin təhlükəsizliyinin qorunmasının vacibliyini çatdırıb.

 

 

 

Seyid Həsən Nəsrullah, həmçinin Hizbullahın korrupsiyaya qarşı ciddi mübarizə aparacağını qeyd edib.

 

 

 

Hizbullahın baş katibi, həmçinin Amal hərəkatı ilə Hizbullahın tarixi bir qərar verərək, birləşmək və problemlərə qarşı birlikdə mübarizə aparmaq qərarını verdiyini deyib.

 

 

http://shabestan.ir/detail/News/721890

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده