خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Wednesday, August 15, 2018 Xəbər kodu : 34481

Həccin tədricən paklandırma sisteminin fəlsəfəsi və sirləri
Şəbistan xəbər agentliyi: Həcc əməllərinin vasitəsi ilə tədricən paklanmaq və bu müqəddəs məkanlarla əlaqə yaratmaq ixlas, davamlı zikr, tövbə, səcdə və sair bu kimi əməllərlə hasil olar.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Mütəal Allah həcc əməllərinin müxtəlif mərhələlərində çoxlu hədislərə əsasən, Həzrət Adəmə (ə) tövbəsinin qəbul olunması vədəsini vermişdir. Multəzim, Müstəcar və Rükn yəmani və sair yerlərdə tövbənin qəbul olunması vədəsi verilmişdir. Ya da Ərəfətda, Məşərdə, Minada və sair şərafətli məkanlarda Mərhəmətli Allah tərəfindən tövbənin qəbul olunması müjdəsi verilmişdir. Bu məsələyə hədislərdə təkrar təkrar işarə edilmişdir. Amma bu hədislər arasında heç bir ziddiyyət və ixtilaf yoxdur. Çünki həccin faydaları ilə əlaqəli hədislərə əsasən, həcc əməlini yerinə gətirən şəxs müqəddəs Məkkəyə tərəf hərəkətinin başlanmasından müqəddəs Mina məntəqəsində qərar tutduğu zamana qədər tədricən paklaşır.

Həcc əməllərinin vasitəsi ilə tədricən paklanmaq və bu müqəddəs məkanlarla əlaqə yaratmaq ixlas, davamlı zikr, tövbə, səcdə və sair bu kimi əməllərlə hasil olar.

Ora qədər ki hacı bütün günahlardan və etdiyi pis əməllərdən pak olur və yenidən doğularaq, həcc mərasimindən sonra öz bəndəçilik həyatına başlayır. Bu proses ilahi inayət və lütfün sayəsində baş verir. Beləliklə, həcc əməlini doğru şəkildə yerinə gətirən şəxs sanki yenidən doğulmuş olur və heç bir günahı olmayan yəni sözün həqiqi mənasında pak bir insana çevrilir.

http://shabestan.ir/detail/News/721689

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده