خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, August 14, 2018 Xəbər kodu : 34469
İxtisaslaşmış Məhdəviyyət mərkəzinin təbliğ və xəbər işləri üzrə müavini:
Məscidin Məhdəviyyət azğınlıqlarının aradan qaldırılmasında rolu
Höccətül-islam Nəsuri cəmiyyətdəki hadisələrin zühurun əlamətlərinə tətbiqinə işarə edərək, dedi: Məhdəviyyt mühitini təhdid edən, eləcə də fürsətə çevrilə bilən məsələlərdən biri də zühurun şərtləri, əlamətləri və zəminələridir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi xəbər verir: Cəmiyyətdəki hadisələri zühurun əlamətlərinə tətbiq etmək məsum imamların (ə) hədislərinə gəlimişdir. Bu məsələnin qədim keçmişi vardır. Müxtəlif dövrlərdə hətta bəzi alimlər səhvən və bəzən qəsdən bu işi görmüşlər. Bu səhv hərəkətin acı nəticələri məsələn: müntəzirlərin İmamın gəlişindən məyus olmasıdır.

Son illərdə cəmiyyətdə yaranmış iqtisadi problemlərə, Amerikanın İranı blokadiyaya saldığı, cəmiyyətdə yaranmış qiymət artımı və insanları iqtisadi çətinliyə düşdüyünə əsasən bəzi insanlar yalnış təhlilləri nəticəsində bu hadisələri zühurun əlamətləri kimi qələmə verirlər. Halbuki İmamların (ə) buyurduqlarına əsasən zühurun dəqiq vaxtını Allah-taala bilir. Tətbiq etmək müntəzirlərin həyatına mənfi təsirlər göstərə bilər.

Buna görə də Şəbistan xəbər agentliyi Məhdəviyyət üzrə mütəxəssislə bub u problemlər haqda müsahibə apardı. Biz bu müsahibəni əziz oxuculara təqdim edirik:

Son günlərdə internet səhifələrində belə bir xəbər yayılıb ki, iqtisadi çətinliklər, yoxsulluq, embezzlement  və ....... zühurun əlamətlərindəndir. Belə bir fikir və tətbiq etmənin hansı nəticələri var. Bunlar dini mənbələrdə təsdiq olunurmu?

Məhdəviyyt mühitini təhdid edən, eləcə də fürsətə çevrilə bilən məsələlərdən biri də zühurun şərtləri, əlamətləri və zəminələridir.

Bu gün cəmiyyət əsasən əlamətləri tətbiq etməyə meyillidir. Bunun səbəbini bir neçə şeydə axtarmalıyıq: Bəzi xətiblər və müəlliflər özlərini zəmin yaradan bilir və əlamətləri tətbiq edirlər. Əlamətləri kəşf etmək istəyənlər isə bu sözlərin həqiqət olmasına diqqət etmir.

Əslində müntəzir cəmiyyət İmamı gözləməlidir, əlamətləri yox.

http://shabestan.ir/detail/News/721735

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده