خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Tuesday, August 14, 2018 Xəbər kodu : 34466
Mütəxəssislərin Şəbistanla müsahibəsi:
İzdivacın Mehdi tərəfdarlarının güclənməsinə təsiri
Ailənin önəmi olmayan cəmiyyət zühura tərəf hərəkət edə bilməz. Zühura zəmin yaradanlar ailədə tərbiyə olunur. Ailənin təşkil olunmasının yolu izdivacdır. Buna görə də düşmən bu sahənin zəiflənməsinə çalışır. Çünki Mehdi tərəfdarları ailədə vasitəsi ilə güclənir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsi xəbər verir: Zil-hiccənin biri Qəməri təqviminə əsasən İmam Əli (ə) və Həzrət Zəhranın (s) izdivacının il dönümüdür. Bu izdivacın nəticəsi pak ağac (Şəcərə təyyibə) –dır ki, tarixi özünə borclu edib. Bu iddianı təsdiq edən Aşura mədəniyyətinin dünyaya təsiri və bəşəriyyətin axirəz-zamanın (ə) xilaskarının gəlişini gözləməsidir.

Bu səmavi evlilik və onun bərəkəti Allahın istəyi və iradəsi ilə olsa da, hər dövrdə bu izdivacdan ülgü götürərək bu gün də onun xas bərəkətindən bəhrələnə bilərik.

Bu önəmli hadisə İmam Zamanın (ə) qeybəti kimi tanınmış dövrdə (insanların məsum imama əli çatmır) bu zərurət neçə bərabər olur. Belə bir dövrdə düzgün izdivacların sayəsində ailəvi həyatlara və övlad tərbiyəsinə intizar və məhdəviyyət rəngi vermək olar. Mehiyə inan ailələrin təşkili nəticəsində İmam Zamanın (ə) əsgərlərini və zühura zəmin yaradanları tərbiyə edə bilərlər.

 Bu məqsədlə bəzi mütəxəssislərdən müsahibə aldıq. Bu müsahibələri sizə təqdim edirik:

Məhdəviyyət eksperti Höccətül-islam Mürətza RƏcəbi mübarək Rum surəsinin iyirmi birinci ayəsinə işarə edərək, dedi: Allah-taala bu ayədə buyurur: “Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır.”

Bu ayə anlaşılır ki, kişi və qadın arasında olan ülfət Allahın əmanətidir.

http://shabestan.ir/detail/News/721537

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده