خبرگزاری شبستان

چهارشنبه ۲۹ دی ۱۴۰۰

الأربعاء ١٦ جمادى الثانية ١٤٤٣

Wednesday, January 19, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, August 13, 2018 Xəbər kodu : 34460

Amerika ilə müzakirə etməyəcəyik
Şəbistan Xəbər Agentliyi: Ölkədəki iqtisadi problemlərdən, milli valyutanın dəyərinin düşməsindən və həll yollarından danışan Ayətullah Xameneyi ABŞ-ın İrana təklif etdiyi müzakirə məsələsinə toxunub.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər xalqın müxtəlif təbəqələrindən olan minlərlə nəfərlə görüşdə etdikləri mühüm çıxışda vurğulayıblar: Müharibə baş verməyəcək, zira biz keçmişdəki kimi müharibəyə başlayan tərəf olmayacağıq və amerikalılar da hücuma başlamayacaqlar, çünki bilirlər ki, bu, yüz faiz onların zərərlərinə qurtaracaq, zira İslam Respublikası və İran xalqı sübut ediblər ki, hər bir təcavüzkara daha böyük zərbə vuracaqlar.

İslam İnqilabının Böyük Rəhbəri Amerika ilə müzakirə məsələsi barədə də belə vurğulayıblar: Dəqiq dəlillərin mövcud olmasına, ötən təcrübəyə və hoqqabaz və zorakı bir rejimlə müzakirənin çoxlu zərərlərinə görə, amerikalılarla müzakirə etməyəcəyik.

O həzrət nüvə anlaşmasını Amerika ilə müzakirənin nəticəsinin aşkar nümunəsi adlandıraraq, belə qeyd ediblər: Amerikalıların müzakirələrdəki formulasına əsasən, dünyada hər bir dövlət onlarla müzakirə edərsə, problemə düçar olacaq. Yalnız Vaşinqton ilə istiqamətləri bir olan təqdirdə bu məsələ yaranmayacaqdır. Əlbəttə, Amerikanın hazırkı dövləti hətta avropalılara belə, zorakılıq edir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin səudların son həftədəki iki cinayətini, yəni bir xəstəxananı bombalamaları və yəmənli uşaqları daşıyan bir maşına hücum, həmçinin onlarla günahsız və sığınacaqsız uşağı qətli-am etmələrini xatırladaraq, deyiblər: Dünyanın vicdanı bu cinayətlər qarşısında silkələndi, amma amerikalılar bu faciələri pisləmək yerinə, həyasızcasına səudlarla öz strateji əlaqələrindən danışdılar və belə bir sualı doğurdular ki, görəsən, amerikalı məsul şəxslər doğrudan da insandırlarmı? 

O həzrət şəxslərin mühacir olmalarına görə, iki minə yaxın uşağı anasından ayırıb, qəfəsdə zindana salmağı digər bir misli görünməmiş cinayət adlandırıb və belə əlavə ediblər: Düşündürücü cəhət budur ki, amerikalılar heç bir xəcalət və utanc hissi keçirmədən bu hərəkətləri dünya xalqlarının gözləri önündə həyata keçirirlər.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: İran Amerikanın və səudların təhdidləri qarşısında iki dost ölkəyə, yəni Suriyaya və İraqa yardım göstəribdir ki, bu yardımlar dost dövlətlər arasında bir növ mübadilədir.

İslam İnqilabının Böyük Rəhbəri çıxışlarının digər bir hissəsində xalq ilə məsul şəxslərin ümumi birliyinin vacibliyinə toxunaraq, belə qeyd ediblər: Ölkədə heç bir çıxılmazlıq mövcud deyildir və hər üç hakimiyyət qüvvəsi səy, müştərək iş və mütəxəssislərin nəzərlərindən istifadə ilə problem və təzyiqləri xalqın çiynindən götürməlidir

 

http://shabestan.ir/detail/News/721494

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده