خبرگزاری شبستان

یکشنبه ۲۷ آیان ۱۳۹۷

الأحد ١٠ ربيع الأوّل ١٤٤٠

Sunday, November 18, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, August 13, 2018 Xəbər kodu : 34455

Zilhəccə ayının ilk on günlüyünün əməlləri hansılardır?
Şəbistan xəbər agentliyi: Zilhəccə ayı hicri qəməri təqviminin sonuncu ayıdır. O çox bərəkətli bir aydır. Böyük şəxsiyyətlər bu ay daxil olduğu zaman bu ayda məxsusən də onun ilk on günlüyündə ibadət etməyə xüsusi əhəmiyyət verirdilər.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Zilhəccə ayı hicri qəməri təqviminin sonuncu ayıdır. O çox bərəkətli bir aydır. Böyük şəxsiyyətlər bu ay daxil olduğu zaman bu ayda məxsusən də onun ilk on günlüyündə ibadət etməyə xüsusi əhəmiyyət verirdilər. Bəzi hədislərdə gəlmişdir ki, Quranın "Vəl-fəcr və ləyalin əşr" surəsindəki and içilmiş on gecədən məqsəd bu şərafətli ayın ilk on gecələridir. Həmçinin bu and içmək də onların əzəmətinə xatirdir.

Allah həcc surəsinin 28-ci ayəsində böyük həcc əməlindən söz açdıqdan sonra "Əyyamin məlumat"dan danışmışdır ki, möminlər o günlərdə Allahı yad etməlidirlər. "Əyyamin məlumat"ın məruf təfsirlərindən biri də ki, hədislərdə də  gəlmişdir, Zilhəccə ayının ilk on günüdür. Buna görə də onun həm gecələri həm də gündüzləri dəyərlidir.

Peyğəmbərdən (s) bir hədisdə oxuyuruq ki, bu günlər (Zilhəccə ayının ilk on günü) qədər heç bir gündə ibadət etməyin və yaxşı iş görməyin fəziləti yoxdur.

Bunlardan əlavə bu ayda Allah evinin zəvvarları ilə həmsəda olmaq, əzəmətli həcc mərasimini və onun mənəviyyat və bərəkətini xatırlamaq insana başqa bir hal verir.  

Onun əməlləri: İki rükət namaz qılmaq, ilk doqquz gündə oruc tutmaq, Əbu Həmzə Sümalinin İmam Sadiqdən (ə) nəql etdiyi xüsusi bir duanı oxumaq və İmam Baqirin (ə) buyurduğuna əsasən, Allahın Cəbrail vasitəsi ilə Həzrət İsaya (ə) bu on gündə oxumaq üçün hədiyyə kimi göndərdiyi beş duanı oxumaq.  

http://shabestan.ir/detail/News/721452

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده