خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Friday, August 10, 2018 Xəbər kodu : 34426
İsfahanın Həzrət Mehdi mövud (ə) mədəni mərkəzinin müdiri
İntizarın ailəvi tələbləri
Höccətül-islam Neylipur təkid etdi: Mehdiçi ailənin vəzifələrindən biri ailə üvzlərinin cismi və ruhi sağlamlığını təmin etməkdir. Əgər sözügedən sağlamlıq təmin olunsa, İmam Zamanın (ə) dünyəvi ideyaları təmin olunar.

İsfahanın Həzrət Mehdi mövud (ə) mədəni mərkəzinin müdiri Höccətül-islam Mehdi Neylipur Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinə verdiyi müsahibədə ailənin aktiv və zəmin yaradan intizarda rolu haqda danışaraq, dedi: Şəhid Mütəhhəri buyurur: İslahçılıq bir dini ruhiyyədir. Hər bir müsəlman istər-istəməz islahatçı və ya islahatçılığın tərəfdarıdır.

 O, bildirdi ki, fəsada düçar olma baxımdan bir cəmiyyətin insanları beş qrupa bölünür: Birinci qrup salehlərdir. Yəni, fərdi baxımdan layiqli insanlardır. Amma onların ləyaqəti şəxsi xarakter daşıyır. Onların cəmiyyətin islahı və mədəni mərkəzlərin quruluşunda dəyişiklik etmə proqramı yoxdur.

 İkinci qrup müslihlərdir. Bu şəxslər özlərini islah etməkdən , şəxsi cəhətlər haqda işlər görməkdən və fərdi ləyaqət kəsb etməkdən əlavə cəmiyyətin islahı haqda işlər görürlər. Onlar cəmiyyətdə köklü və fundamental dəyişikliklər etməyə çalışılar. Belə insanlar mütləq Allah yanında uca məqam sahibləridir. Bütün peyğəmbərlər və vəlilər belə bir məqama sahibdirlər.

 Üçüncü qrup isə bitərəf insanlardır. Onlar nə fərdi və cəmiyyətin islahına önəm verirlər. Dördüncü qrup isə fəsad edənlərdir. Onlar günah və cəhalətə bulaşdıqlarına görə düzgün yoldan və özünü islah etmədən geri qalmışlar. Bu insanlar cəmiyyətin fəsada düçar olmasına çalışır və müslihlərlə mübarizə edirlər. Sonuncu qrup isə müsfidlərdir. Bu qrup özlərini fəsada qərq etməkdən əlavə müxtəlif metodlarla cəmiyyətdə fəsadın və pisliyin yayılmasına çalışırlar.

 Müntəzirlər və Mehdi tərəfdarları həm saleh, həm də müslih olmalıdılar.

http://shabestan.ir/detail/News/720378

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده