خبرگزاری شبستان

دوشنبه ۳۰ مهر ۱۳۹۷

الاثنين ١٢ صفر ١٤٤٠

Monday, October 22, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, August 10, 2018 Xəbər kodu : 34425

İslami media örnəyi yaradılsın
Şəbistan xəbər agentliyi: Şirazın İmam cüməsi tələbə ilə jurnalistin oxşarlığına işarə edərək dedi: Bugünkü media örnəyi xaricdən alınmış örnəkdir. Ölkə medialarında islami media örnəyi yaradılmalıdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin Şirazdan verdiyi xəbərə əsasən, Vəliyyi Fəqihin Fars şəhərindəki nümayəndəsi Dr. Ayətullah Lütfüllah Dejkam (Morda ayının 18-də) jurnalistlərin və Fars media həmkarlarının səmimi toplantısında Fars media işçilərinin islami İrşad və mədəniyyət nazirliyinin jurnalistika kartını almalarını söylədi. Bu kartın nə edəcəyini görək. Minbər İranın qədimi və mütləq medialarından biridir. Bu cəhətdən mənimlə siz media işçiləri həmkar sayılırıq.

O, dolanışıq cəhətindən də tələbələrlə jurnalistlərin bir-birlərinə bənzədiklərini və durumlarının yaxşı olmadığına işarə edərək dedi: Bu sistemdə vəzifəsindən sui-istfadə edib yeyintiyə yol verən çox az insanlar ola bilər.

O, xatırlatdı ki, jurnalistlik bir vəzifə olduğu kimi tələbəlik də bir vəzifədir. Mediada işin müxtəlif sahələrini nəzərdə tutmalıyıq. Mümkündür ki, Avropa və Amerika media örnəyi bu məntəqədə kifayət etməsin. Bu cəhətdən də yeni bir örnək göstərilməlidir.

O, media işçilərinin problemlərin həlli üçün bir-birləri ilə dialoq aparmalı olduqlarına təkid etdi. Bu dialoqların onların çoxunu bir-birləri ilə birləşdirəcəyinə işarə edərək dedi: Mən camaat üçün bir xütbə oxudum və yaxşı bir hisslə Cümə namazından ayrıldım. Amma xəbərlərdə gördüm ki, camaata yaxşı hiss ötürülməmişdir. Çünki bugünkü media örnəyi xaricdən alınmış örnəkdir. Ölkə medialarında islami media örnəyi yaradılmalıdır.

http://shabestan.ir/detail/News/720942

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده